https://sputnik.az/20240901/susada-parlament-seckileri-kecirilir-467043602.html
Şuşada Parlament seçkiləri keçirilir
Şuşada Parlament seçkiləri keçirilir
Sputnik Azərbaycan
Parlament seçkiləri seçicilərin ruh yüksəkliyi ilə başlayıb. 01.09.2024, Sputnik Azərbaycan
2024-09-01T09:41+0400
2024-09-01T09:41+0400
2024-09-01T09:49+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
şuşa
parlament seçkisi
azərbaycan
seçici
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e8/09/01/467044132_0:1:1118:630_1920x0_80_0_0_466fdf388412d5eb6e1ffc0b7b4a44d8.jpg
BAKI, 1 sentyabr - Sputnik. Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin Şuşa şəhərində yaradılmış 46 saylı seçki məntəqəsində seçicilərin ruh yüksəkliyi ilə başlayıb.Azərbaycan Dövlət İnformasiya Agentliyi Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasındakı 46 saylı seçki məntəqəsində səsvermənin başlanmasını müşahidə edib.Saat 7:50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8:00-da səsvermənin başlanması elan olunub.Səhər saatlarından məntəqəyə üz tutan seçicilər öz konstitusion hüquqlarından istifadə edir, istədikləri namizədlərə səs verirlər. Həm Şuşada çalışan seçicilər, həm də doğma yurda köçmüş şuşalılar səsvermədə fəal iştirak edirlər.Şuşa şəhər sakini Akif Məhərrəmov seçki məntəqəsinə böyük qürur hissi ilə gəldiyini deyib:Bildirilir ki, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsində Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər 93 məntəqədə keçirilir. Məntəqələrin dördü işğaldan azad olunmuş ərazilərdə yerləşir. İşğaldan azad olunmuş ərazilərdəki məntəqələrin ikisi Şuşa şəhərindədir. 46 saylı məntəqə Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə, 47 saylı məntəqə isə “Xarıbülbül” hostel binasında təşkil edilib. Bu il Şuşaya qayıtmış sakinlər 32 ildən sonra ilk dəfə olaraq doğma yurdlarında səs verirlər.İlk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunur. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/01/467044132_139:0:979:630_1920x0_80_0_0_b2dbbb807e7b735edac49a86b708e5df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa, parlament seçkisi, azərbaycan, seçici, işğaldan azad edilmiş ərazilər
şuşa, parlament seçkisi, azərbaycan, seçici, işğaldan azad edilmiş ərazilər
Şuşada Parlament seçkiləri keçirilir
09:41 01.09.2024 (Yenilənib: 09:49 01.09.2024) Parlament seçkiləri seçicilərin ruh yüksəkliyi ilə başlayıb.
BAKI, 1 sentyabr - Sputnik. Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin Şuşa şəhərində yaradılmış 46 saylı seçki məntəqəsində seçicilərin ruh yüksəkliyi ilə başlayıb.
Azərbaycan Dövlət İnformasiya Agentliyi Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasındakı 46 saylı seçki məntəqəsində səsvermənin başlanmasını müşahidə edib.
Saat 7:50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8:00-da səsvermənin başlanması elan olunub.
Səhər saatlarından məntəqəyə üz tutan seçicilər öz konstitusion hüquqlarından istifadə edir, istədikləri namizədlərə səs verirlər. Həm Şuşada çalışan seçicilər, həm də doğma yurda köçmüş şuşalılar səsvermədə fəal iştirak edirlər.
Şuşa şəhər sakini Akif Məhərrəmov seçki məntəqəsinə böyük qürur hissi ilə gəldiyini deyib:
“Bu gün bizim ən əziz günlərimizdən biridir. Uzun illərdən sonra doğma yurdumda, doğulub boya-başa çatdığım Şuşa şəhərində Milli Məclisə keçirilən seçkilərdə iştirak edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah müstəqilliyimizi qorusun, bayrağımızı uca etsin”.
Bildirilir ki, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsində Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər 93 məntəqədə keçirilir. Məntəqələrin dördü işğaldan azad olunmuş ərazilərdə yerləşir. İşğaldan azad olunmuş ərazilərdəki məntəqələrin ikisi Şuşa şəhərindədir. 46 saylı məntəqə Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə, 47 saylı məntəqə isə “Xarıbülbül” hostel binasında təşkil edilib. Bu il Şuşaya qayıtmış sakinlər 32 ildən sonra ilk dəfə olaraq doğma yurdlarında səs verirlər.
İlk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunur. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.
Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.
Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.
Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.
Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.