DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Peruda yadplanetlilərin mumiyaları tapılıb - Foto

© Depositphotos.com / BoscorelliYadplanetlilər
Yadplanetlilər - Sputnik Azərbaycan, 1920, 01.09.2024
Abunə olmaq
ABŞ-da bu qalıqların mənşəyini tapmaq və onları diqqətlə öyrənmək istəyən böyük bir tədqiqatçı qrupu təşkil olunub.
BAKI, 26 avqust — Sputnik. Bir qrup Perulu məzar oğrusu respublika ərazisində çox sayda yeni yadplanetli mumiyaları aşkar ediblər. "Daily Mail" bu barədə yazıb.
Qəzetin dərc etdiyi videogörüntülərdə qeyri-təbii pozalarda olan iki mumiya, həmçinin bədəndən ayrılmış kəllə sümüyünün təsviri əks olunub. Mumiyaların hündürlüyü, təxminən beş fut (152,4 sm) təşkil edib.
Tapıntılar əvvəlki qazıntılarda aşkar edilmiş mumiyalara bənzər fosilləşmiş yosunlardan ibarət ağ tozla örtülüblər. Bundan əlavə, dəfn yerində daha bir neçə mumiyanın qaldığı qeyd edilib.
Jurnalistlər izah ediblər ki, ABŞ-da bu qalıqların mənşəyini tapmaq və onları diqqətlə öyrənmək istəyən böyük bir tədqiqatçı qrupu təşkil olunub.
Elm adamları mumiyalanmış canlıların ya tridaktil (üç barmaqlı) humanoidlər, ya da böyük cidd-cəhdlə hazırlanmış mistifikasiyanın bir hissəsi ola biləcəyinə inanırlar.
Mistifikasiya versiyası ona əsaslanır ki, əvvəllər Peru hökumətinin nəzdində olan məhkəmə arxeoloqları belə bir nəticəyə gəliblər - ölkədə tapılan cəsədlərin bir hissəsi müasir sintetik yapışqanlardan istifadə edərək planetimizin heyvanlarının sümüklərindən toplanmış dəhşətli kuklalardır.
Bundan əlavə, təxminən beş əsr əvvəl bölgədə baş bağlama təcrübəsi geniş yayılmışdı. Mütəxəssislər bu təcrübənin tətbiqi nəticəsində insanlarda kəllə formasının əhəmiyyətli dərəcədə dəyişdiyini qeyd ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0