https://sputnik.az/20240901/mdb-pa-musahidecileri-azerbaycanda-parlament-seckilerinin-yaxsi-teskil-olundugunu-deyirler-467043369.html
Azərbaycanda parlament seçkilərində gənclər yüksək fəallıq nümayiş etdirirlər - Kobitski
Azərbaycanda parlament seçkilərində gənclər yüksək fəallıq nümayiş etdirirlər - Kobitski
Sputnik Azərbaycan
Milli Məclisə növbədənkənar seçkiləri 604 nəfər beynəlxalq və 112 min 749 nəfər yerli müşahidəçi izləyir. 01.09.2024, Sputnik Azərbaycan
2024-09-01T11:41+0400
2024-09-01T11:41+0400
2024-09-01T11:41+0400
azərbaycan xəbərləri
mdb
müşahidəçi
seçki
azərbaycan
parlament
https://cdnn1.img.sputnik.az/img/07e8/09/01/467038000_0:85:1620:996_1920x0_80_0_0_353fb5793800720f2fa675796183aab8.jpg
BAKI, 1 sentyabr - Sputnik. "Məntəqələrin açılışından səsvermə prosesinin necə getdiyini müşahidə edirik. Hələlik heç bir qanun pozuntusu müəyyən etməmişik". Bu barədə Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının (MDB) Şurasının baş katibi Dmitri Kobitski Bakıda 37 saylı seçki məntəqəsində seçki prosesi ilə tanış olduqdan sonra jurnalistlərə bildirib.Onun sözlərinə görə, ümumiyyətlə, 40 nəfərdən ibarət missiyamız kifayət qədər çox sayda seçki məntəqəsinə baş çəkəcək.D.Kobitskinin sözlərinə görə, Azərbaycanda keçirilən parlament seçkilərində gənclər yüksək fəallıq nümayiş etdirirlər.“Partiyalarla, onların qərargahları ilə, ayrı-ayrı namizədlərlə ünsiyyətdə olanda görürük ki, partiya siyahılarında çoxlu sayda gənc qeydiyyatdadır. Biz də gənclərin fəallığını birbaşa seçki məntəqəsində müşahidə edirik. Azərbaycanda gənclər siyasətə maraq göstərirlər. Biz bunu fevralda prezident seçkiləri zamanı gördük. Çox aktiv gəncliyiniz var”, - Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının (MDB) Şurasının baş katibi deyib. 01.09.24, 09:19 "Azərbaycanda keçirilən Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə bütün tələblərə uyğun təşkil olunub, insanlar səhər saatlarından vətəndaşlıq borcunu yerinə yetirmək üçün böyük həvəslə küçəyə çıxırlar".Bunu jurnalistlərə MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçilər qrupunun koordinatoru, Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin deyib.O, Bakının 17 saylı dairəsinin 1 saylı seçki məntəqəsində jurnalistlərə açıqlamasında qeyd edib ki, seçki məntəqəsində vətəndaşların iradəsini ifadə etmək üçün hər cür şəraitin yaradılıb, onun açılmasında və seçki qutularının möhürlənməsində müşahidəçilərin iştirak edib, həmçinin gizli səsvermənin təmin edilməsi üçün kabinələrin hazırlanmasını təmin edilib.Qeyd edək ki, MSK sədri M.Pənahov nüfuzlu beynəlxalq təşkilatların müşahidəçilərinin geniş tərkibdə seçkiləri müşahidə etdiyini bildirib:Onun sözlərinə görə, seçkilərdə 604 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib:"Yerli müşahidəçilər isə 112 min 749 nəfərdir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/01/467038000_90:0:1530:1080_1920x0_80_0_0_923c261a99ed3de559b1381177c58dd0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mdb, müşahidəçi, seçki, azərbaycan, parlament
mdb, müşahidəçi, seçki, azərbaycan, parlament
Azərbaycanda parlament seçkilərində gənclər yüksək fəallıq nümayiş etdirirlər - Kobitski
Milli Məclisə növbədənkənar seçkiləri 604 nəfər beynəlxalq və 112 min 749 nəfər yerli müşahidəçi izləyir.
BAKI, 1 sentyabr - Sputnik. "Məntəqələrin açılışından səsvermə prosesinin necə getdiyini müşahidə edirik. Hələlik heç bir qanun pozuntusu müəyyən etməmişik". Bu barədə Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının (MDB) Şurasının baş katibi Dmitri Kobitski Bakıda 37 saylı seçki məntəqəsində seçki prosesi ilə tanış olduqdan sonra jurnalistlərə bildirib.
“Biz, o cümlədən hər hansı pozuntunun olmadığını təsdiqləyən müşahidəçilərlə əlaqə saxlayırıq. Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən seçki kampaniyası çox layiqli səviyyədə təşkil olunub. Biz bunu Azərbaycanda seçkilər zamanı ilk dəfə deyil ki, təsdiqləyirik", - Dmitri Kobitski vurğulayıb.
Onun sözlərinə görə, ümumiyyətlə, 40 nəfərdən ibarət missiyamız kifayət qədər çox sayda seçki məntəqəsinə baş çəkəcək.
"Axşam biz nəticələrə yekun vuracağıq, monitorinq qrupumuzu toplayaraq təəssüratlarımızı bölüşəcəyik və nəticəmizi hazırlayacağıq. İlkin nəticələri bazar ertəsi mətbuat konfransında açıqlaya biləcəyik. Amma biz onları yalnız Konstitusiya Məhkəməsi rəsmi şəkildə seçkiləri baş tutmuş saydıqdan və nəticələri təsdiq edəndən sonra rəsmən dərc edə biləcəyik. Biz Azərbaycanda seçki prosesinin təşkilindən çox razıyıq. Hər şey ən yaxşı demokratik standartlara uyğundur, ona görə də bu gün bizim seçki prosesi ilə bağlı heç bir şərhimiz yoxdur”, - deyə baş katib bildirib.
D.Kobitskinin sözlərinə görə, Azərbaycanda keçirilən parlament seçkilərində gənclər yüksək fəallıq nümayiş etdirirlər.
“Partiyalarla, onların qərargahları ilə, ayrı-ayrı namizədlərlə ünsiyyətdə olanda görürük ki, partiya siyahılarında çoxlu sayda gənc qeydiyyatdadır. Biz də gənclərin fəallığını birbaşa seçki məntəqəsində müşahidə edirik. Azərbaycanda gənclər siyasətə maraq göstərirlər. Biz bunu fevralda prezident seçkiləri zamanı gördük. Çox aktiv gəncliyiniz var”, - Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının (MDB) Şurasının baş katibi deyib.
"Azərbaycanda keçirilən Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə bütün tələblərə uyğun təşkil olunub, insanlar səhər saatlarından vətəndaşlıq borcunu yerinə yetirmək üçün böyük həvəslə küçəyə çıxırlar".
Bunu jurnalistlərə MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçilər qrupunun koordinatoru, Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin deyib.
O, Bakının 17 saylı dairəsinin 1 saylı seçki məntəqəsində jurnalistlərə açıqlamasında qeyd edib ki, seçki məntəqəsində vətəndaşların iradəsini ifadə etmək üçün hər cür şəraitin yaradılıb, onun açılmasında və seçki qutularının möhürlənməsində müşahidəçilərin iştirak edib, həmçinin gizli səsvermənin təmin edilməsi üçün kabinələrin hazırlanmasını təmin edilib.
“Səhərdən insanlar bugünkü seçkilərə həvəslə, həyata aktiv münasibətlə səs verəcəklər. Düşünürəm ki, seçkilər Azərbaycan xalqının öz seçki seçimini etmək üçün ümumi əhval-ruhiyyəsini göstərəcək”, - MDB PA-dan olan müşahidəçilər qrupunun koordinatoru qeyd edib.
Qeyd edək ki, MSK sədri M.Pənahov nüfuzlu beynəlxalq təşkilatların müşahidəçilərinin geniş tərkibdə seçkiləri müşahidə etdiyini bildirib:
Onun sözlərinə görə, seçkilərdə 604 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib:
"Yerli müşahidəçilər isə 112 min 749 nəfərdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.