https://sputnik.az/20240901/butun-secki-menteqeleri-azerbaycanin-secki-mecellesine-uygun-techiz-olunub---xomenko-467065303.html
Bütün seçki məntəqələri Azərbaycanın Seçki Məcəlləsinə uyğun təchiz olunub - Xomenko
Bütün seçki məntəqələri Azərbaycanın Seçki Məcəlləsinə uyğun təchiz olunub - Xomenko
Sputnik Azərbaycan
Belarus Respublikası Milli Məclisi Respublika Şurasının sədr müavini növbədənkənar parlament seçkiləri ilə bağlı təəssüratlarını bölüşüb. 01.09.2024, Sputnik Azərbaycan
2024-09-01T15:50+0400
2024-09-01T15:50+0400
2024-09-01T15:50+0400
azərbaycan xəbərləri
seçki
belarus
müşahidə
azərbaycan
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e8/09/01/467064965_0:0:924:520_1920x0_80_0_0_124576165fdcb3fc4a97750517948a38.jpg
BAKI, 1 sentyabr - Sputnik. "Bu gün Azərbaycanda əsl bayramdır. Artıq partiyaların nümayəndələri, hüquq ictimaiyyəti, tələbələr və hərbçilər ilə ünsiyyət qura bilmişəm. Onların hamısı Azərbaycan Milli Məclisinə seçkilərlə bağlı hər bir Azərbaycan Respublikası vətəndaşının üzərinə düşən məsuliyyəti dərk edərək bu günü xalqın iradəsinin səmimi ifadə günü kimi gözləyirdilər". Bu sözləri Belarus Respublikası Milli Məclisi Respublika Şurasının sədr müavini Sergey Xomenko Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində deyib."Biz indi gözəl məktəbin binasındayıq və məktəb respublikanın gələcəyinin formalaşdığı yerdir. Belə bir binada olan vətəndaşlar dövlətin onlara qayğı göstərdiyini, millət vəkillərinin isə xalqın iradəsinin əsl bələdçiləri olduğunu daim xatırlayacaqlar", - S.Xomenko deyib. "Biz təşkilatçılığın çox ümidverici səviyyəsinin şahidiyik. Baş çəkdiyimiz bütün seçki məntəqələri Azərbaycan Seçki Məcəlləsinə uyğun təchiz edilib, ictimai asayiş təmin edilib.Onun sözlərinə görə, missiya Bakıdan Füzuliyə qədər bütün yolda insanların bayram əhval-ruhiyyəsini, dövlətdə seçki günü olmalı olan nizam-intizamı müşahidə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/01/467064965_0:0:840:630_1920x0_80_0_0_05f49ace002ea496ea1acce77f53a325.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
seçki, belarus, müşahidə, azərbaycan, milli məclis
seçki, belarus, müşahidə, azərbaycan, milli məclis
Bütün seçki məntəqələri Azərbaycanın Seçki Məcəlləsinə uyğun təchiz olunub - Xomenko
Belarus Respublikası Milli Məclisi Respublika Şurasının sədr müavini növbədənkənar parlament seçkiləri ilə bağlı təəssüratlarını bölüşüb.
BAKI, 1 sentyabr - Sputnik. "Bu gün Azərbaycanda əsl bayramdır. Artıq partiyaların nümayəndələri, hüquq ictimaiyyəti, tələbələr və hərbçilər ilə ünsiyyət qura bilmişəm. Onların hamısı Azərbaycan Milli Məclisinə seçkilərlə bağlı hər bir Azərbaycan Respublikası vətəndaşının üzərinə düşən məsuliyyəti dərk edərək bu günü xalqın iradəsinin səmimi ifadə günü kimi gözləyirdilər". Bu sözləri Belarus Respublikası Milli Məclisi Respublika Şurasının sədr müavini Sergey Xomenko Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində deyib.
“Bu məsuliyyət dərəcəsi kontekstində hamı deyirdi ki, Azərbaycanın əsl vətənpərvərləri parlamentdə təmsil olunmalıdır. Çox simvolikdir ki, biz indi hərbi əməliyyatlardan sonra bərpa olunan ərazidəyik. Qarabağ torpağında olan tərəqqi göz qabağındadır", - Belarus nümayəndəsi bildirib.
"Biz indi gözəl məktəbin binasındayıq və məktəb respublikanın gələcəyinin formalaşdığı yerdir. Belə bir binada olan vətəndaşlar dövlətin onlara qayğı göstərdiyini, millət vəkillərinin isə xalqın iradəsinin əsl bələdçiləri olduğunu daim xatırlayacaqlar", - S.Xomenko deyib.
"Biz təşkilatçılığın çox ümidverici səviyyəsinin şahidiyik. Baş çəkdiyimiz bütün seçki məntəqələri Azərbaycan Seçki Məcəlləsinə uyğun təchiz edilib, ictimai asayiş təmin edilib.
Onun sözlərinə görə, missiya Bakıdan Füzuliyə qədər bütün yolda insanların bayram əhval-ruhiyyəsini, dövlətdə seçki günü olmalı olan nizam-intizamı müşahidə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.