https://sputnik.az/20240901/bmt-nin-bas-katibi-qezzada-muharibe-kabusunu-bitirmeye-cagirdi-467062945.html
BMT-nin baş katibi Qəzzada müharibə kabusunu bitirməyə çağırdı
BMT-nin baş katibi Qəzzada müharibə kabusunu bitirməyə çağırdı
Sputnik Azərbaycan
Quterreş qeyd edib ki, bu günün faciəvi xəbərləri bütün girovların qeyd-şərtsiz azad edilməsi və Qəzzada müharibə kabusuna son qoyulmasının vacibliyini... 01.09.2024, Sputnik Azərbaycan
2024-09-01T18:26+0400
2024-09-01T18:26+0400
2024-09-01T18:26+0400
antonio quterreş
dünya xəbərləri
qəzza
israil
müharibə
həmas
fələstin
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852060_0:445:2849:2048_1920x0_80_0_0_0b1b79c6b24998b5411760bc9a67383f.jpg
BAKI, 1 sentyabr — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında "müharibə kabusuna son qoyulması" və Fələstin anklavının altındakı tunellərdə altı nəfərin cəsədinin tapılmasından sonra Fələstinin Həmas hərəkatının əlində olan bütün girovların azad edilməsi ilə bağlı çağırış edib. Quterreş sosial media hesabında yazıb:Bundan əvvəl İsrail hərbçiləri Fələstin anklavının cənubunda Fələstinin HƏMAS hərəkatının əsirliyində öldürülən 6 girovun cəsədini aşkar ediblər. Onların arasında Rusiya vətəndaşı olan israilli Aleksandr Lobanov və ABŞ vətəndaşı olan daha bir girovun olduğu məlum olub. 7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavı tam blokadaya aldığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. İsrailin oktyabrın 7-dən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 40,6 mini keçib, 94 mindən çox insan isə yaralanıb. Qəzza zolağı faktiki olaraq cənub və şimal hissələrə bölünüb, İsrail HƏMAS-ın son qalası sayılan Rəfahda quru əməliyyatı keçirir. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852060_170:0:2901:2048_1920x0_80_0_0_97801b29feca374067fa2982fa9fa18e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
antonio quterreş, qəzza, israil, müharibə, həmas, fələstin
antonio quterreş, qəzza, israil, müharibə, həmas, fələstin
BMT-nin baş katibi Qəzzada müharibə kabusunu bitirməyə çağırdı
Quterreş qeyd edib ki, bu günün faciəvi xəbərləri bütün girovların qeyd-şərtsiz azad edilməsi və Qəzzada müharibə kabusuna son qoyulmasının vacibliyini xatırladır.
BAKI, 1 sentyabr — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında "müharibə kabusuna son qoyulması" və Fələstin anklavının altındakı tunellərdə altı nəfərin cəsədinin tapılmasından sonra Fələstinin Həmas hərəkatının əlində olan bütün girovların azad edilməsi ilə bağlı çağırış edib.
Quterreş sosial media hesabında yazıb:
"Bu günün faciəvi xəbərləri bütün girovların qeyd-şərtsiz azad edilməsi və Qəzzada müharibə kabusuna son qoyulmasının vacibliyini xatırladır".
Bundan əvvəl İsrail hərbçiləri Fələstin anklavının cənubunda Fələstinin HƏMAS hərəkatının əsirliyində öldürülən 6 girovun cəsədini aşkar ediblər. Onların arasında Rusiya vətəndaşı olan israilli Aleksandr Lobanov və ABŞ vətəndaşı olan daha bir girovun olduğu məlum olub.
7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavı tam blokadaya aldığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. İsrailin oktyabrın 7-dən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 40,6 mini keçib, 94 mindən çox insan isə yaralanıb.
Qəzza zolağı faktiki olaraq cənub və şimal hissələrə bölünüb, İsrail HƏMAS-ın son qalası sayılan Rəfahda quru əməliyyatı keçirir.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.