Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Beynəlxalq müşahidəçilər seçicilərin fəallığını qeyd edirlər - Məntəqə sədri

© Sputnik / Murad OrujovAzərbaycanda parlament seçkiləri
Azərbaycanda parlament seçkiləri - Sputnik Azərbaycan, 1920, 01.09.2024
Abunə olmaq
Sputnik 23 sayı Nəsimi- Səbail seçki dairəsisinin 5 saylı məntəqəsində seçkiləri izləyib.
BAKI, 1 sentyabr - Sputnik. "Hazırda 259 seçici səs verib. Onların ümumi sayı 1397-dir". Bunu Sputnik-ə müsahibəsindəı 23 sayı Nəsimi- Səbail seçki dairəsisinin 5 saylı məntəqəsinin sədri İlahə Carçıyeva deyib.
Onun sözlərinə görə, seçicilər fəal şəkildə seçkilərdə iştirak edirlər.
"Saat 8.00-dan indiyə qədər məntəqədə seçicilər dayanmır", - məntəqə sədri bildirib.
Onun sözlərinə görə, seçkilərlə bağlı hər hansı narazılıq qeydə alınmayıb:
"Bu məntəqəyə ATƏT nümayəndələri, beynəlxalq müşahidəçilər də gəliblər. Həmçinin Rusiyanın da nümayəndələri gəliblər. ATƏT nümayəndəsi təqribən bir saat ərzində seçkiləri müşahidə etdi. Onlar da seçicilərin aktivliyindən razı qaldılar", - məntəqə sdəri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0