https://sputnik.az/20240831/tramp-zukerberqi-sui-qesdde-gunahlandirib-ve-onu-hebsxanaya-gondermekle-hedeleyib-466984541.html
Tramp Zukerberqi “sui-qəsddə” günahlandırıb və onu həbsxanaya göndərməklə hədələyib
Tramp Zukerberqi “sui-qəsddə” günahlandırıb və onu həbsxanaya göndərməklə hədələyib
Sputnik Azərbaycan
ABŞ-ın sabiq prezidenti “Amerikanı xilas etmək” adlı yeni kitabında Zukerberq haqqında yazıb. 31.08.2024, Sputnik Azərbaycan
2024-08-31T20:03+0400
2024-08-31T20:03+0400
2024-08-31T20:03+0400
donald tramp
dünya xəbərləri
mark zukerberq
meta
facebook
co bayden
ağ ev
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426203228_0:160:3073:1888_1920x0_80_0_0_d7da513343cea06f7462b1df705b3bd8.jpg
BAKI, 31 avqust — Sputnik. ABŞ-ın sabiq Prezidenti Donald Tramp yeni kitabında iş adamı Mark Zukerberqin 2020-ci il seçkiləri zamanı ona qarşı “sui-qəsd” hazırladığını və “Meta”* şirkətinin rəhbərini bir daha belə edəcəyi təqdirdə, onun “ömrünün qalan hissəsini həbsxanada keçirəcəyi” ilə hədələdiyini yazır. Bu barədə Rusiya mediası xəbər verib. Sabiq prezidentin 2024-cü il sentyabrın 3-də nəşri nəzərdə tutulan “Amerikanı xilas etmək” kitabında Trampın Ağ Evdə Zukerberqlə görüşünün fotoları da yer alıb. Fotonun altında siyasətçi yazır ki, iş adamı “çox gözəl həyat yoldaşı” ilə Oval kabinetdə şam yeməyinə gəlib. “Hər kəsin ola biləcəyi qədər yaxşı insan kimi görünürdü və eyni zamanda hər zaman prezidentə qarşı əsl “sui-qəsd” çərçivəsində utanc verici seyflər qurmağı planlaşdırıb”, Tramp 2020-ci il seçkiləri zamanı Zukerberq və onun həyat yoldaşı Pristsilla Çanın seçki infrastrukturuna 420 milyon dollarlıq töhfə verdiyinə işarə edir. Respublikaçılar bu yaxınlarda “Meta”nı* 2020-ci ildə Prezident Co Baydenə zərər verə biləcək məzmunu, xüsusən də oğlu Hanter ilə bağlı reportajı gizli saxladığına görə tənqid ediblər. Xatırladaq ki, Ağ Evdəki görüş Trampın “Facebook”* tərəfindən ona qarşı mənfi münasibət bildirməsindən sonra baş verib. O zaman Zukerberq qeyd edib ki, platformanın 2016-cı il seçkilərinə təsiri kifayət qədər müsbət olub. * Meta-nın (Facebook və İnstagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426203228_170:0:2901:2048_1920x0_80_0_0_b3840d1e3ff30a77ed1a340e6b295cc6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donald tramp, mark zukerberq, meta, facebook, co bayden, ağ ev
donald tramp, mark zukerberq, meta, facebook, co bayden, ağ ev
Tramp Zukerberqi “sui-qəsddə” günahlandırıb və onu həbsxanaya göndərməklə hədələyib
ABŞ-ın sabiq prezidenti “Amerikanı xilas etmək” adlı yeni kitabında Zukerberq haqqında yazıb.
BAKI, 31 avqust — Sputnik. ABŞ-ın sabiq Prezidenti Donald Tramp yeni kitabında iş adamı Mark Zukerberqin 2020-ci il seçkiləri zamanı ona qarşı “sui-qəsd” hazırladığını və “Meta”* şirkətinin rəhbərini bir daha belə edəcəyi təqdirdə, onun “ömrünün qalan hissəsini həbsxanada keçirəcəyi” ilə hədələdiyini yazır.
Bu barədə Rusiya mediası xəbər verib.
Sabiq prezidentin 2024-cü il sentyabrın 3-də nəşri nəzərdə tutulan “Amerikanı xilas etmək” kitabında Trampın Ağ Evdə Zukerberqlə görüşünün fotoları da yer alıb. Fotonun altında siyasətçi yazır ki, iş adamı “çox gözəl həyat yoldaşı” ilə Oval kabinetdə şam yeməyinə gəlib.
“Hər kəsin ola biləcəyi qədər yaxşı insan kimi görünürdü və eyni zamanda hər zaman prezidentə qarşı əsl “sui-qəsd” çərçivəsində utanc verici seyflər qurmağı planlaşdırıb”, Tramp 2020-ci il seçkiləri zamanı Zukerberq və onun həyat yoldaşı Pristsilla Çanın seçki infrastrukturuna 420 milyon dollarlıq töhfə verdiyinə işarə edir.
Respublikaçılar bu yaxınlarda “Meta”nı* 2020-ci ildə Prezident Co Baydenə zərər verə biləcək məzmunu, xüsusən də oğlu Hanter ilə bağlı reportajı gizli saxladığına görə tənqid ediblər.
Xatırladaq ki, Ağ Evdəki görüş Trampın “Facebook”* tərəfindən ona qarşı mənfi münasibət bildirməsindən sonra baş verib. O zaman Zukerberq qeyd edib ki, platformanın 2016-cı il seçkilərinə təsiri kifayət qədər müsbət olub.
* Meta-nın (Facebook və İnstagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.