https://sputnik.az/20240831/qerb-yardimi-dayandirsa-ukrayna-kapitulyasiyani-qebul-edecek---turkiyeli-siyasetci-466987356.html
Qərb yardımı dayandırsa, Ukrayna kapitulyasiyanı qəbul edəcək - türkiyəli siyasətçi
Qərb yardımı dayandırsa, Ukrayna kapitulyasiyanı qəbul edəcək - türkiyəli siyasətçi
Sputnik Azərbaycan
Türkiyə partiyasının lideri əminliklə bildirib ki, Kiyev Qərbi öz münaqişələrinə cəlb etmək cəhdində İsrailin addımlarını təkrarlayır. 31.08.2024, Sputnik Azərbaycan
2024-08-31T22:33+0400
2024-08-31T22:33+0400
2024-08-31T22:33+0400
ukrayna
dünya xəbərləri
türkiyə
israil
qəzza
rusiya
putin
vladimir putin
kapitulyasiya
vladimir zelenski
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466672537_0:160:3072:1888_1920x0_80_0_0_0e58da08c8b52a3b833a6521cfa2e6e3.jpg
BAKI, 31 avqust — Sputnik. Qərb ölkələri Rusiya ilə münaqişə aparmaq üçün Zelenski rejiminə kifayət qədər kömək göstərə bilmədikləri vəziyyətdə ola bilərlər. Əgər bu baş verərsə, Ukrayna kapitulyasiyanı qəbul edəcək. Bunu Türkiyənin "Vətən" partiyasının sədr müavini Hakan Topkurulu "RIA Novosti"yə deyib. Sədr müavininin sözlərinə görə, Ukrayna Qərbi hərbi münaqişəyə cəlb etmək istəyir, buna görə də hərbi əməliyyatları Rusiya ərazisinə yaymağa çalışır: Siyasətçi qeyd edib ki, legitimliyini itirən Vladimir Zelenski bu məğlubiyyətin qarşısını almaq üçün həddən artıq risk edir. Bu yaxınlarda bildirilib ki, Vladimir Zelenski milyonlarla ukraynalını ölkəyə qaytarmaqda qəti qərarlıdır. Xüsusilə, o, artıq qaçqınların qeri qayıtması ilə bağlı Polşa ilə razılaşıb. Siyasətçi həmçinin bildirib ki, onun "qələbə planı" var və Kursk yaxınlığındakı hücum yalnız ilk addımdır. Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata (XHƏ) başlayıb. Rusiya Prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi". Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edib ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml qeyd edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466672537_171:0:2902:2048_1920x0_80_0_0_f54109db0f47d5ccb568d7c16f284280.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, türkiyə, israil, qəzza, rusiya, putin, vladimir putin, kapitulyasiya, vladimir zelenski
ukrayna, türkiyə, israil, qəzza, rusiya, putin, vladimir putin, kapitulyasiya, vladimir zelenski
Qərb yardımı dayandırsa, Ukrayna kapitulyasiyanı qəbul edəcək - türkiyəli siyasətçi
Türkiyə partiyasının lideri əminliklə bildirib ki, Kiyev Qərbi öz münaqişələrinə cəlb etmək cəhdində İsrailin addımlarını təkrarlayır.
BAKI, 31 avqust — Sputnik. Qərb ölkələri Rusiya ilə münaqişə aparmaq üçün Zelenski rejiminə kifayət qədər kömək göstərə bilmədikləri vəziyyətdə ola bilərlər. Əgər bu baş verərsə, Ukrayna kapitulyasiyanı qəbul edəcək.
Bunu Türkiyənin "Vətən" partiyasının sədr müavini Hakan Topkurulu "RIA Novosti"yə deyib.
Sədr müavininin sözlərinə görə, Ukrayna Qərbi hərbi münaqişəyə cəlb etmək istəyir, buna görə də hərbi əməliyyatları Rusiya ərazisinə yaymağa çalışır:
"İsrail də müharibəni Livana yaymaq cəhdlərində eyni şeyi edir. Bu o deməkdir ki, Qərb Ukraynaya kifayət qədər maddi dəstək verə bilməmək riski altındadır. Bu, Ukraynanın kapitulyasiyası deməkdir".
Siyasətçi qeyd edib ki, legitimliyini itirən Vladimir Zelenski bu məğlubiyyətin qarşısını almaq üçün həddən artıq risk edir.
Bu yaxınlarda bildirilib ki, Vladimir Zelenski milyonlarla ukraynalını ölkəyə qaytarmaqda qəti qərarlıdır. Xüsusilə, o, artıq qaçqınların qeri qayıtması ilə bağlı Polşa ilə razılaşıb.
Siyasətçi həmçinin bildirib ki, onun "qələbə planı" var və Kursk yaxınlığındakı hücum yalnız ilk addımdır.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata (XHƏ) başlayıb. Rusiya Prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur.
Əvvəllər Kreml bəyan edib ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür.
Kreml qeyd edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.