https://sputnik.az/20240831/olkede-inhisarciliqla-mubarize-guclendirilir-yeni-qurum-problemin-qarsisini-nece-alacaq-466993167.html
Ölkədə inhisarçılıqla mübarizə gücləndirilir: Yeni qurum problemin qarşısını necə alacaq?
Ölkədə inhisarçılıqla mübarizə gücləndirilir: Yeni qurum problemin qarşısını necə alacaq?
Sputnik Azərbaycan
Vüqar Bayramov bildirib ki, yeni dövlət qurumunun yaradılması Azərbaycanda inhisarçılığa qarşı mübarizədə və rəqabətin daha da güclənməsində yeni səhifənin... 31.08.2024, Sputnik Azərbaycan
2024-08-31T15:30+0400
2024-08-31T15:30+0400
2024-08-31T15:30+0400
inhisarçılıq
iqtisadiyyat
antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
rəqabət məcəlləsi
vüqar bayramov
prezident ilham əliyev
fərman
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122635_0:0:3073:1728_1920x0_80_0_0_e3789489d36549c185d240421611c303.jpg
BAKI, 31 avqust — Sputnik. Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Sənədə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Bununla da yeni qurum mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək. "Rəqabət Məcəlləsinin qəbulundan sonra inhisarçılığa qarşı mübarizənin daha da gücləndirilməsi prioritetləşib" Məsələ ilə bağlı VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, inhisarçılığa qarşı mübarizədə mərkəzi icra hakimiyyəti orqanının yaradılması islahatların daha da dərinləşməsinə institutsional dəstək kimi xarakterizə olunmalıdır: "Rəqabət Məcəlləsinin qəbulundan sonra inhisarçılığa qarşı mübarizənin daha da gücləndirilməsi və eləcə də rəqabətin müdafiəsi daha da prioritetləşib. Bir sıra region və əksər inkişaf etmiş ölkələrdə, o cümlədən qonşu Gürcüstanda rəqabətin müdafiəsinə xüsusi qurum nəzarət edir. Bu baxımdan Dövlət Xidmətinin mərkəzi icra qurumuna çevrilməsi həm beynəlxalq institusional praktikaya uyğundur, həm də yeni qanunverici aktların qəbulundan sonra vacib qərardır". O bildirib ki, yeni yaradılan Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam, standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqan kimi fəaliyyət göstərəcək: "Göründüyü kimi, yeni qurumun fəaliyyət istiqamətləri həm rəqabətin daha yaxından müdafiəsi, həm də antiinhisar fəaliyyəti baxımdan vacib sahələrdir". V.Bayramov qeyd edib ki, bir müddət öncə Rəqabət Məcəlləsinin təsdiqi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edib: "Yeni Məcəllə eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəflədiyindən bu sahədə idarəetmənin çevikliyi çox önəmli idi. Yeni qurumun yaradılmasında da məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsi və daha da gücləndirilməsidir. Bu, azad sahibkarlığın inkişafı, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması və baryerlərin götürülməsi baxımından vacib bir addımdır". "Bütövlükdə, yeni dövlət qurumunun yaradılması Azərbaycanda inhisara qarşı mübarizədə və rəqabətin daha da güclənməsində yeni institusional səhifənin açılması deməkdir" - o əlavə edib. Yeni qurumun işi o qədər də asan olmayacaq İqtisadçı-ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb ki, dəfələrlə çıxışlarımda rəqabət mühitinin qorunması və ən əsası da təkcə inhisarçılara və rəqabəti pozan sahibkarlara qarşı deyil, həm də dövlət qurumlarının rəqabəti pozan davranışlarının qarşısının alınması üçün Dövlət Xidmətinin səlahiyyətlərinin artırılmasını və müstəqil qurum kimi formalaşdırılmasını təklif etmişdim:"Çünki hazırkı səlahiyyətləri daxilində Xidmətin bu problemləri təkbaşına həll etməsi çətin idi. Odur ki, rəqabət mühitinin qorunması və ən əsası da təkcə inhisarçılara və rəqabəti pozan sahibkarlara qarşı deyil, həm də dövlət qurumlarının rəqabəti pozan davranışlarının qarşısının alınması üçün rəqabət orqanına daha yüksək səlahiyyətlər verilməli idi. Və budur ölkə başçısı həmin qurumun əsasında birbaşa Prezidentə tabe olan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaratdı". Ekspert qeyd edib ki, yeni qurumun işi o qədər də asan olmayacaq: "Çünki ölkədə rəqabət mühitini formalaşdırmaq və dayanıqlı saxlamaq üçün böyük güc və əzm lazım gələcək. Süni qiymət artımlarının qarşısını almaq, haqsız rəqabəti və ədalətsiz bazar şərtlərini aradan qaldırmaq, idxal "monopoliyası" ilə mübarizə aparmaq, manipulyasiyaların və spekulyasiyaların qarşısını almaq və 10-larla digər böyük işlər görmək məhz bu yeni Agentliyin vəzifə öhdəlikləri olacaq". Fərmanda nə deyilir? Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb. Fərmana görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlər Kabineti Agentliyin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, Xidmətin balansında olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etməlidir. Xatırladaq ki, 2024-cü il iyulun 1-dən Azərbaycanda Rəqabət Məcəlləsi qüvvəyə minib. Bildirilib ki, 12 fəsil, 84 maddədən ibarət olan Məcəllə ölkədə əlverişli biznes mühitinin inkişafı, təsərrüfat subyektlərinin sayının və iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaradacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122635_0:0:2731:2048_1920x0_80_0_0_4ff2cd9a92c8d4eed3ecb81020940b35.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
inhisarçılıq, antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, rəqabət məcəlləsi, vüqar bayramov, prezident ilham əliyev, fərman
inhisarçılıq, antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, rəqabət məcəlləsi, vüqar bayramov, prezident ilham əliyev, fərman
Ölkədə inhisarçılıqla mübarizə gücləndirilir: Yeni qurum problemin qarşısını necə alacaq?
Vüqar Bayramov bildirib ki, yeni dövlət qurumunun yaradılması Azərbaycanda inhisarçılığa qarşı mübarizədə və rəqabətin daha da güclənməsində yeni səhifənin açılması deməkdir.
BAKI, 31 avqust — Sputnik. Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Sənədə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Bununla da yeni qurum mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək.
"Rəqabət Məcəlləsinin qəbulundan sonra inhisarçılığa qarşı mübarizənin daha da gücləndirilməsi prioritetləşib"
Məsələ ilə bağlı VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, inhisarçılığa qarşı mübarizədə mərkəzi icra hakimiyyəti orqanının yaradılması islahatların daha da dərinləşməsinə institutsional dəstək kimi xarakterizə olunmalıdır:
"Rəqabət Məcəlləsinin qəbulundan sonra inhisarçılığa qarşı mübarizənin daha da gücləndirilməsi və eləcə də rəqabətin müdafiəsi daha da prioritetləşib. Bir sıra region və əksər inkişaf etmiş ölkələrdə, o cümlədən qonşu Gürcüstanda rəqabətin müdafiəsinə xüsusi qurum nəzarət edir. Bu baxımdan Dövlət Xidmətinin mərkəzi icra qurumuna çevrilməsi həm beynəlxalq institusional praktikaya uyğundur, həm də yeni qanunverici aktların qəbulundan sonra vacib qərardır".
O bildirib ki, yeni yaradılan Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam, standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqan kimi fəaliyyət göstərəcək: "Göründüyü kimi, yeni qurumun fəaliyyət istiqamətləri həm rəqabətin daha yaxından müdafiəsi, həm də antiinhisar fəaliyyəti baxımdan vacib sahələrdir".
V.Bayramov qeyd edib ki, bir müddət öncə Rəqabət Məcəlləsinin təsdiqi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edib: "Yeni Məcəllə eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəflədiyindən bu sahədə idarəetmənin çevikliyi çox önəmli idi. Yeni qurumun yaradılmasında da məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsi və daha da gücləndirilməsidir. Bu, azad sahibkarlığın inkişafı, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması və baryerlərin götürülməsi baxımından vacib bir addımdır".
"Bütövlükdə, yeni dövlət qurumunun yaradılması Azərbaycanda inhisara qarşı mübarizədə və rəqabətin daha da güclənməsində yeni institusional səhifənin açılması deməkdir" - o əlavə edib.
Yeni qurumun işi o qədər də asan olmayacaq
İqtisadçı-ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb ki, dəfələrlə çıxışlarımda rəqabət mühitinin qorunması və ən əsası da təkcə inhisarçılara və rəqabəti pozan sahibkarlara qarşı deyil, həm də dövlət qurumlarının rəqabəti pozan davranışlarının qarşısının alınması üçün Dövlət Xidmətinin səlahiyyətlərinin artırılmasını və müstəqil qurum kimi formalaşdırılmasını təklif etmişdim:
"Çünki hazırkı səlahiyyətləri daxilində Xidmətin bu problemləri təkbaşına həll etməsi çətin idi. Odur ki, rəqabət mühitinin qorunması və ən əsası da təkcə inhisarçılara və rəqabəti pozan sahibkarlara qarşı deyil, həm də dövlət qurumlarının rəqabəti pozan davranışlarının qarşısının alınması üçün rəqabət orqanına daha yüksək səlahiyyətlər verilməli idi. Və budur ölkə başçısı həmin qurumun əsasında birbaşa Prezidentə tabe olan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaratdı".
Ekspert qeyd edib ki, yeni qurumun işi o qədər də asan olmayacaq: "Çünki ölkədə rəqabət mühitini formalaşdırmaq və dayanıqlı saxlamaq üçün böyük güc və əzm lazım gələcək. Süni qiymət artımlarının qarşısını almaq, haqsız rəqabəti və ədalətsiz bazar şərtlərini aradan qaldırmaq, idxal "monopoliyası" ilə mübarizə aparmaq, manipulyasiyaların və spekulyasiyaların qarşısını almaq və 10-larla digər böyük işlər görmək məhz bu yeni Agentliyin vəzifə öhdəlikləri olacaq".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb. Fərmana görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nazirlər Kabineti Agentliyin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, Xidmətin balansında olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etməlidir.
Xatırladaq ki, 2024-cü il iyulun 1-dən Azərbaycanda Rəqabət Məcəlləsi qüvvəyə minib. Bildirilib ki, 12 fəsil, 84 maddədən ibarət olan Məcəllə ölkədə əlverişli biznes mühitinin inkişafı, təsərrüfat subyektlərinin sayının və iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaradacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.