SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan Azərbaycandan olan şəhid ailə üzvləri ilə görüşüb

© Photo : “YASHAT” FoundationƏrdoğan Azərbaycandan olan şəhid ailə üzvləri ilə görüşüb
Ərdoğan Azərbaycandan olan şəhid ailə üzvləri ilə görüşüb 
 - Sputnik Azərbaycan, 1920, 31.08.2024
Abunə olmaq
Türkiyə prezidenti deyib ki, "can Azərbaycanla bir və bərabər olduğumuz kimi, türk cümhuriyyətlərindəki bütün qardaşlarımızla da ürəyimiz eyni döyünür".
BAKI, 31 avqust - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Bayramı münasibətilə keçirilən Milli Müdafiə Nazirliyi Quru Qoşunları Məktəbinin 175-ci məzuniyyət tədbirində Azərbaycandan olan şəhid ailə üzvləri ilə görüşüb.
Bu barədə məlumatı "Yaşat Fondu" yayıb.
Qeyd olunub ki, görüş fondun, "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə baş tutub.
Tədbirin sonunda Ərdoğan bildirib ki, "can Azərbaycanla bir və bərabər olduğumuz kimi, türk cümhuriyyətlərindəki bütün qardaşlarımızla da ürəyimiz eyni döyünür".
© Photo : “YASHAT” FoundationƏrdoğan Azərbaycandan olan şəhid ailə üzvləri ilə görüşüb
Ərdoğan Azərbaycandan olan şəhid ailə üzvləri ilə görüşüb 
 - Sputnik Azərbaycan, 1920, 31.08.2024
Ərdoğan Azərbaycandan olan şəhid ailə üzvləri ilə görüşüb
Sonra şəhid ailə üzvləri R.T.Ərdoğanın şəxsi dəvəti əsasında Prezident Sarayında təşkil olunan Zəfər Bayramı Özəl Konsert proqramında iştirak ediblər.
Qeyd edək ki, layihə Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətlərinə, eləcə də iki ölkə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0