https://sputnik.az/20240831/beynelxalq-axtarisa-verilmis-sexs-azerbaycana-ekstradisiya-edildi-457396598.html
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb
Sputnik Azərbaycan
Türkiyənin daxili işlər naziri bildirib ki, İnterpol xətti ilə 18 ölkə tərəfindən dərhal həbs tələbi ilə axtarışa verilən 25 şübhəli saxlanılıb. 31.08.2024, Sputnik Azərbaycan
2024-08-31T13:39+0400
2024-08-31T13:39+0400
2024-08-31T15:24+0400
azərbaycan
cəmiyyət
ekstradisiya
axtarış
beynəlxalq axtarış
belarus
belarus respublikası
https://cdnn1.img.sputnik.az/img/07e8/01/07/461806166_0:160:3072:1888_1920x0_80_0_0_3e94a167316506013ae5906ccd82df59.jpg
BAKI, 31 avqust — Sputnik. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 25 nəfərin, o cümlədən Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsin saxlanıldığını açıqlayıb.Bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.“8 vilayətdə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində İnterpol xətti ilə 18 ölkə tərəfindən dərhal həbs tələbi ilə axtarışa verilən 25 şübhəli saxlanılıb”, - məlumatda deyilir.Onun sözlərinə görə, saxlanılan şəxslər mütəşəkkil cinayətkar qrupların fəaliyyətində iştirakda, müxtəlif cinayətlər törətməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində, insan alverində, dələduzluqda, çirkli pulların yuyulmasında, qanunsuz miqrasiyada iştirakda şübhəli bilinirlər.Saxlanılan şəxslərin Azərbaycan, Almaniya, Avstraliya, Mərakeş, Niderland, İraq, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Monqolustan, Moldova, Özbəkistan, Rusiya, Suriya, Türkmənistan və İordaniyada axtarışda olduqları da vurğulanıb.03.08.23, 11:31Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycana ekstradisiya edildiBeynəlxalq axtarışa verilmiş şəxs Belarus Respublikasından Azərbaycana ekstradisiya edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Belə ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Haşımov Zamik Bəylər oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Belarus Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Zamik Haşımovun qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunub və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Avqustun 3-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiətilə Zamik Haşımov Belarus Respublikasından ölkəmizə gətirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/07/461806166_171:0:2902:2048_1920x0_80_0_0_6a92c77b609f34bf6631eea5780087a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, ekstradisiya, axtarış, beynəlxalq axtarış, belarus, belarus respublikası
azərbaycan, ekstradisiya, axtarış, beynəlxalq axtarış, belarus, belarus respublikası
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb
13:39 31.08.2024 (Yenilənib: 15:24 31.08.2024) Türkiyənin daxili işlər naziri bildirib ki, İnterpol xətti ilə 18 ölkə tərəfindən dərhal həbs tələbi ilə axtarışa verilən 25 şübhəli saxlanılıb.
BAKI, 31 avqust — Sputnik. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 25 nəfərin, o cümlədən Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsin saxlanıldığını açıqlayıb.
Bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“8 vilayətdə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində İnterpol xətti ilə 18 ölkə tərəfindən dərhal həbs tələbi ilə axtarışa verilən 25 şübhəli saxlanılıb”, - məlumatda deyilir.
Onun sözlərinə görə, saxlanılan şəxslər mütəşəkkil cinayətkar qrupların fəaliyyətində iştirakda, müxtəlif cinayətlər törətməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində, insan alverində, dələduzluqda, çirkli pulların yuyulmasında, qanunsuz miqrasiyada iştirakda şübhəli bilinirlər.
Saxlanılan şəxslərin Azərbaycan, Almaniya, Avstraliya, Mərakeş, Niderland, İraq, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Monqolustan, Moldova, Özbəkistan, Rusiya, Suriya, Türkmənistan və İordaniyada axtarışda olduqları da vurğulanıb.
Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycana ekstradisiya edildi
Beynəlxalq axtarışa verilmiş şəxs Belarus Respublikasından Azərbaycana ekstradisiya edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Belə ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Haşımov Zamik Bəylər oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Belarus Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Zamik Haşımovun qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunub və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Avqustun 3-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiətilə Zamik Haşımov Belarus Respublikasından ölkəmizə gətirilib.