https://sputnik.az/20240831/bedheybet-ovu-lox-nessin-dibinde-urek-doyuntusu-qeyde-alinib-466977642.html
Bədheybət ovu: Lox-Nessin dibində "ürək döyüntüsü" qeydə alınıb
Bədheybət ovu: Lox-Nessin dibində "ürək döyüntüsü" qeydə alınıb
Sputnik Azərbaycan
Səs 1972-ci ildə pleziozavrın fotoşəkilinin çəkildiyi yerdə qeydə alınıb. 31.08.2024, Sputnik Azərbaycan
2024-08-31T23:17+0400
2024-08-31T23:17+0400
2024-08-31T23:17+0400
böyük britaniya
dünya xəbərləri
bədheybət hay
göl
https://cdnn1.img.sputnik.az/img/07e8/08/14/466796328_0:0:2973:1672_1920x0_80_0_0_f352fffedaf33226d0a108863f56160f.jpg
BAKI, 31 avqust — Sputnik. Böyük Britaniyada Lox-Ness bədheybətinin ovçuları gölün dibində ürək döyüntüsünə bənzər səs qeydə alıblar. Bu barədə axtarış iştirakçıları məlumat veriblər. "Lox-Ness Exploration" tədqiqat qrupunun nümayəndəsi Alan Makkennanın sözlərinə görə, onlar ürək döyüntüsünün səsini 1972-ci ildə pleziozavrın fotoşəkli çəkilən yerdə - Urkhart körfəzində qeydə alıblar. Ovçular burada avqustun 10-da tədqiqat aparıblar. Səs 30 metr dərinlikdə yerləşdirilən hidrofon vasitəsilə qeydə alınıb. "Əvvəlcə biz düşündük ki, hidrofon diblə sürüklənir, lakin sonra qayıq kapitanı kabelin dibə çatmadığını təsdiqlədi. Səs yazısında ritmik nəbz və ya ürək döyüntüsü aydın eşidilir. Səsin nədən qaynaqlandığını bilmirik, amma bu, çox maraqlıdır" - Makkenna deyib. O bildirib ki, ilk dəfə idi ki, nəbz və ya ürək döyüntüsünü aşağıdan belə aydın eşidirdi. Eyni zamanda, Makkenna qeyd edib ki, qeydə alınan səsin ürək döyüntüsü olduğuna əmin olmasa da eşidilən bu səsi ancaq ürək döyüntüsü ilə müqayisə edə bilər. Bundan əvvəl insan orqanizmində serotoninin xoşbəxtlik üçün deyil, neqativlərlə mübarizə üçün vacib olduğu barədə məlumat verilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/14/466796328_210:0:2941:2048_1920x0_80_0_0_ee9c8cab9796a0dc30d7ab64ecb5577c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
böyük britaniya, bədheybət hay, göl
böyük britaniya, bədheybət hay, göl
Bədheybət ovu: Lox-Nessin dibində "ürək döyüntüsü" qeydə alınıb
Səs 1972-ci ildə pleziozavrın fotoşəkilinin çəkildiyi yerdə qeydə alınıb.
BAKI, 31 avqust — Sputnik. Böyük Britaniyada Lox-Ness bədheybətinin ovçuları gölün dibində ürək döyüntüsünə bənzər səs qeydə alıblar.
Bu barədə axtarış iştirakçıları məlumat veriblər.
"Lox-Ness Exploration" tədqiqat qrupunun nümayəndəsi Alan Makkennanın sözlərinə görə, onlar ürək döyüntüsünün səsini 1972-ci ildə pleziozavrın fotoşəkli çəkilən yerdə - Urkhart körfəzində qeydə alıblar.
Ovçular burada avqustun 10-da tədqiqat aparıblar. Səs 30 metr dərinlikdə yerləşdirilən hidrofon vasitəsilə qeydə alınıb.
"Əvvəlcə biz düşündük ki, hidrofon diblə sürüklənir, lakin sonra qayıq kapitanı kabelin dibə çatmadığını təsdiqlədi. Səs yazısında ritmik nəbz və ya ürək döyüntüsü aydın eşidilir. Səsin nədən qaynaqlandığını bilmirik, amma bu, çox maraqlıdır" - Makkenna deyib.
O bildirib ki, ilk dəfə idi ki, nəbz və ya ürək döyüntüsünü aşağıdan belə aydın eşidirdi. Eyni zamanda, Makkenna qeyd edib ki, qeydə alınan səsin ürək döyüntüsü olduğuna əmin olmasa da eşidilən bu səsi ancaq ürək döyüntüsü ilə müqayisə edə bilər.
Bundan əvvəl insan orqanizmində serotoninin xoşbəxtlik üçün deyil, neqativlərlə mübarizə üçün vacib olduğu barədə məlumat verilmişdi.