Tarixdə bu gün: 30 avqust – FOTO
© Sputnik30 avqust
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 30 avqust — Sputnik. Avqustun 30-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 30-da kimlər anadan olub?
Ernest Rezerford (1871-1937) - nüvə fizikasının atası adlandırılan Yeni Zelandiya əsilli ingilis fizikidir. O, 1908-ci ildə kimya üzrə "Nobel" mükafatı laureatıdır.
Aleksandr Lukaşenko (1954) - Belarus Respublikasının Prezidentidir (1994-cü ildən).
© BelTA Pool Photo via APAleksandr Lukaşenko
Aleksandr Lukaşenko
© BelTA Pool Photo via AP
Kameron Dias (1972) - amerikalı aktrisa və modeldir. O, 1990-cı illərdə "Maska" filmindəki rolundan sonra məşhurlaşıb. Aktrisa həmçinin "Çarlinin mələkləri", "Vanil səması", "Çarlinin mələkləri: Daima irəli", "Con Malkoviç olmaq" və digər filmlərdə rol alıb.
© AP Photo / Dan SteinbergKameron Dias
Kameron Dias
© AP Photo / Dan Steinberg
Anastasiya Zadorojnaya (1985) - Rusiya teatr və kino aktrisası, teleaparıcı və fotomodeldir. O, "Sadə həqiqətlər", "Böyük şəhərdə sevgi - 2, 3" və s. filmlərdə bir çox obrazları canlandırıb.
© Sputnik / Murad OrujovAnastasiya Zadorojnaya
Anastasiya Zadorojnaya
© Sputnik / Murad Orujov
30 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1873-cü ildə Frans-İosif Torpağı (Şimal Buzlu okeanındakı Avropa qitəsinin şimalında yerləşən arxipelaq) kəşf edilib. Bu kəşf Karl Veyprext və Yulis Payerin rəhbərlik etdiyi Avstriya-Macarıstan ekspedisiyası tərəfindən edilib.
1877-ci ildə fransız ixtiraçısı Emil Reno praksinoskopu patentləşdirib.
1901-ci ildə ingilis mühəndisi Hyubert Sesil But elektrik tozsoranını patentləşdirib.
1991-ci ildə Azərbaycan Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" bəyannamə qəbul edib.
2010-cu ildən Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü qeyd edilir.
2012-ci ildən bəri Beynəlxalq Caz Günü qeyd olunur.