https://sputnik.az/20240830/suraxanida-yangin-baslayib-467012834.html
Zığ şosesi - Hava limanı yolu yanğından sonra açılıb
Zığ şosesi - Hava limanı yolu yanğından sonra açılıb
Sputnik Azərbaycan
Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin... 30.08.2024, Sputnik Azərbaycan
2024-08-30T18:31+0400
2024-08-30T18:31+0400
2024-08-30T18:31+0400
yanğın
hadisə
suraxanı
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1e/467016822_12:0:1168:650_1920x0_80_0_0_845d04c22e88c29037b940acc4b0372b.jpg
BAKI, 30 avqust — Sputnik. Suraxanı rayonu ərazisində baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi - Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.30.08.24, 17:45Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.30.08.24, 17:25Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb. Bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.30.08.24, 17:18Bakı şəhəri, Suraxanı rayonu ərazisində yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub. Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.Bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.30.08.24, 16:36Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.Bildirilir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.30.08.24, 16:03ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır Suraxanı rayonu ərazisində baş verən yanğınla bağlı ETSN-in əməkdaşları hazırda ərazidə monitorinq işləri aparır.Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.O, qeyd edib ki, mütəxəsssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürür.30.08.24, 15:44Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Qeyd edək ki, yanğından sonra ərazini qatı tüstü dumanı bürüyüb. Yerli KİV-in məlumatına görə, obyektdə neft çəni yanır. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, Suraxanı rayonu, “Əfsun” şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1e/467016822_156:0:1023:650_1920x0_80_0_0_f9143ed31c3e3c211c3df4374806fe26.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yanğın, suraxanı
Zığ şosesi - Hava limanı yolu yanğından sonra açılıb
Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
BAKI, 30 avqust — Sputnik. Suraxanı rayonu ərazisində baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi - Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb. Bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.
Bakı şəhəri, Suraxanı rayonu ərazisində yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub. Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bildirilir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.
FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.
ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır Suraxanı rayonu ərazisində baş verən yanğınla bağlı ETSN-in əməkdaşları hazırda ərazidə monitorinq işləri aparır.
Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.
O, qeyd edib ki, mütəxəsssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürür.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Qeyd edək ki, yanğından sonra ərazini qatı tüstü dumanı bürüyüb. Yerli KİV-in məlumatına görə, obyektdə neft çəni yanır.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, Suraxanı rayonu, “Əfsun” şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.