https://sputnik.az/20240830/set-in-bas-katibi-parlament-seckilerinin-ugurla-kececeyine-inaniriq-467006843.html
ŞƏT-in Baş katibi: Parlament seçkilərinin uğurla keçəcəyinə inanırıq
ŞƏT-in Baş katibi: Parlament seçkilərinin uğurla keçəcəyinə inanırıq
Sputnik Azərbaycan
Nuran Niyazəliyev seçki prosesinə hazırlıq prosesi ilə ətraflı tanış olduqlarını deyib və prosesdən razı qaldıqlarını vurğulayıb. 30.08.2024, Sputnik Azərbaycan
2024-08-30T21:41+0400
2024-08-30T21:41+0400
2024-08-30T21:41+0400
şət
siyasət
seçki
azərbaycan
məzahir pənahov
missiya
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1e/467006674_0:0:3064:1725_1920x0_80_0_0_6287f6df25de872cea527c7cffdcba7c.jpg
BAKI, 30 avqust — Sputnik. "Biz müşahidə missiyası olaraq Azərbaycandakı sabitliyi, təhlükəsiz şəraiti yüksək qiymətləndiririk. Azərbaycan bir nümunədir. Seçki prosesi çox məsuliyyətli prosesdir və Azərbaycan xalqının buna hazır olması bizi çox sevindirir. İnanırıq ki, parlament seçkiləri uğurla keçəcək və ölkənin tərəqqisinə təkan verəcək". Bu fikirləri Azərbaycanda səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının rəhbəri, qurumun Baş katibi Nuran Niyazəliyev avqustun 30-da MSK-nın sədri Məzahir Pənahovla görüşdə səsləndirib. Missiya rəhbəri bildirib ki, dünyada fəaliyyət göstərən nəhəng qurumlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır.Nuran Niyazəliyev seçki prosesinə hazırlıq prosesi ilə ətraflı tanış olduqlarını deyib və prosesdən razı qaldıqlarını vurğulayıb. Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq. Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1e/467006674_158:0:2889:2048_1920x0_80_0_0_4a6612e3711575bacf69f04a4cfbc18a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şət, seçki, azərbaycan, məzahir pənahov, missiya, milli məclis
şət, seçki, azərbaycan, məzahir pənahov, missiya, milli məclis
ŞƏT-in Baş katibi: Parlament seçkilərinin uğurla keçəcəyinə inanırıq
Nuran Niyazəliyev seçki prosesinə hazırlıq prosesi ilə ətraflı tanış olduqlarını deyib və prosesdən razı qaldıqlarını vurğulayıb.
BAKI, 30 avqust — Sputnik. "Biz müşahidə missiyası olaraq Azərbaycandakı sabitliyi, təhlükəsiz şəraiti yüksək qiymətləndiririk. Azərbaycan bir nümunədir. Seçki prosesi çox məsuliyyətli prosesdir və Azərbaycan xalqının buna hazır olması bizi çox sevindirir. İnanırıq ki, parlament seçkiləri uğurla keçəcək və ölkənin tərəqqisinə təkan verəcək". Bu fikirləri Azərbaycanda səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının rəhbəri, qurumun Baş katibi Nuran Niyazəliyev avqustun 30-da MSK-nın sədri Məzahir Pənahovla görüşdə səsləndirib.
Missiya rəhbəri bildirib ki, dünyada fəaliyyət göstərən nəhəng qurumlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır.
"Bizim prinsipimiz seçki prosesinin şəffaf keçirilməsi, ölkənin daxili işlərinə qarışmamaq şərtilə bu prosesdə neytrallığı, obyektivliyi qorumaqdır", - Nuran Niyazəliyev bildirib.
Nuran Niyazəliyev seçki prosesinə hazırlıq prosesi ilə ətraflı tanış olduqlarını deyib və prosesdən razı qaldıqlarını vurğulayıb.
Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.