Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya qiymətli metalların Aİİ-yə ixracı üçün icazələrin sadələşdiməsini təklif edib

© Sputnik / Павел Лисицын / Mediabanka keçidQızıl, arxiv
Qızıl, arxiv - Sputnik Azərbaycan, 1920, 30.08.2024
Abunə olmaq
RF Maliyyə Nazirliyi qiymətli metalların və xammalların ixracı üçün lisenziyaların verilməsini rəqəmsal formata keçirmək təşəbbüsü ilə çıxış edib.
BAKI, 30 avqust — Sputnik. Rusiya Federasiyasının Maliyyə Nazirliyi qiymətli metalların və xammalların Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə ixracı üçün lisenziyaların verilməsinin sadələşdirilməsini nəzərdə tutan layihə hazırlayıb. Bu barədə “İzvestiya” qəzeti xəbər verib.
Nəşrin məlumatına görə, Maliyyə Nazirliyi qiymətli metalların və xammalların ixracı üçün lisenziyaların verilməsini rəqəmsal formata keçirmək təşəbbüsü ilə çıxış edib. Qeyd olunur ki, proses qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların dövriyyəsinə nəzarət sahəsində Dövlət inteqrasiya olunmuş informasiya sistemi vasitəsilə həyata keçiriləcək.
Nazirlikdən qəzetə verilən məlumata görə, dəyişikliklər Maliyyə Nazirliyi ilə sahibkarlar arasında elektron qarşılıqlı əlaqə üçün rahat şərait yaratmaq, həmçinin sənəd dövriyyəsinin keyfiyyətini və səmərəliliyini artırmaq məqsədi daşıyır. Hazırda şirkətlər lisenziya almaq üçün kağız şəklində kifayət qədər geniş sənədlər siyahısını hazırlamalıdırlar.
Qeyd olunur ki, bu təşəbbüs həm də xərcləri azaldacaq, çünki sənədləri Dövlət inteqrasiya olunmuş informasiya sisteminin şəxsi hesabı vasitəsilə təqdim etmək mümkün olacaq. Bundan əlavə, Maliyyə Nazirliyinin ixrac partiyası üçün hazırlanmış sənədləri digər federal icra hakimiyyəti orqanlarının açıq mənbələrində onlayn yoxlamaq imkanı əldə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0