Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

RF və Azərbaycan arasında milli valyutalarda qarşılıqlı hesablaşmaların payı 70%-i ötüb

© Sputnik / Murad OrujovRusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov - Sputnik Azərbaycan, 1920, 30.08.2024
Abunə olmaq
Son "beşillik"də, yəni 2019-cu ildən 2023-cü ilə qədər Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsi, təxminən iki dəfə artaraq ötən ilin sonunda 4 milyard dolları ötüb.
BAKI, 30 avqust — Sputnik. Cari ilin iyul ayına kimi Rusiya və Azərbaycanın milli valyutalarında qarşılıqlı hesablaşmaların payı 73%-i ötüb. Bunu Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.

"Rusiya və Azərbaycanda təsərrüfat subyektləri qarşılıqlı hesablaşmalarda daha fəal şəkildə milli valyutalarımıza keçid edirlər. Əgər 2023-cü ildə onların payı 58% idisə, bu ilin iyul ayına qədər 73% -i keçib. Bu, xarici qüvvələrin xəcalət çəkmədən və beynəlxalq hüquqa baxmadan qanunsuz sanksiyalarla təzyiq göstərməyə çalışdıqları dövlətlərin suverenliyini təmin edən obyektiv tələb olunan bir prosesdir", - rusiyalı diplomat bildirib.

Yevdokimovun sözlərinə görə, 2024-cü ilin sonuna qədər Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4,5 milyard dollara çata bilər.
Səfir qeyd edib ki, son beş il ərzində, yəni 2019-cu ildən 2023-cü ilə qədər Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsi, təxminən iki dəfə artaraq ötən ilin sonunda 4 milyard dolları ötüb.

"Bu ilin yanvar-iyul aylarının statistikasına nəzər salsaq, əminliklə deyə bilərik ki, ticari-iqtisadi əlaqələrin qurulması üzrə ümumi tendensiya davam edir: əmtəə dövriyyəsi daha 5% artıb və yeddi ayın yekunlarına görə 2,573 milyard dollara çatıb. Həm də bu, əlbəttə ki, "tavan" deyil", - rusiyalı diplomat qeyd edib.

Yevdokimov bildirib ki, 2024-cü ilin sonuna kimi Azərbaycana gələn rusiyalı turistlərin sayı 1 milyondan çox ola bilər.
"Azərbaycanın gözəlliyinin və qonaqpərvərliyinin Azərbaycana gələn bütün əcnəbilər arasında şərəfli birinci yeri tutan rusiyalı turistləri daha çox cəlb etməsi bizi çox sevindirir. Turizm axınının hazırkı artım tempi Azərbaycanda istirahət etməyi seçən rusiyalıların sayının cari ilin yekunlarına görə 1 milyon nəfəri keçəcəyini proqnozlaşdırmağa imkan verir", - səfir vurğulayıb.
Diplomat, həmçinin Azərbaycandan Rusiyaya əks turist axınının artdığını da qeyd edib. Rusiya Federasiyası və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20-yə yaxın reys həyata keçirilir. Səfir əlavə edib ki, Volqa və Xəzər dənizi boyunca kruiz marşrutlarının açılması səyahətçilər üçün cəlbedici ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0