https://sputnik.az/20240830/pakistan-msk-nin-sedri-azerbaycanda-seckiler-seffaf-ve-edaletli-kececek-467013395.html
Pakistan MSK-nın sədri: Azərbaycanda seçkilər şəffaf və ədalətli keçəcək
Pakistan MSK-nın sədri: Azərbaycanda seçkilər şəffaf və ədalətli keçəcək
Sputnik Azərbaycan
Pakistan Mərkəzi Seçki Komissiyasının sədri Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlığın yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb. 30.08.2024, Sputnik Azərbaycan
2024-08-30T22:19+0400
2024-08-30T22:19+0400
2024-08-30T22:19+0400
pakistan
cəmiyyət
msk
seçki
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462473649_0:156:3000:1844_1920x0_80_0_0_19ee4b7b1b3c54577edb29bd5a7db2ac.jpg
BAKI, 30 avqust — Sputnik. Avqustun 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Pakistan müşahidə missiyasının rəhbəri, Pakistan Mərkəzi Seçki Komissiyasının sədri Sultan Mohammadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycanla Pakistan arasındakı sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrindən danışan MSK sədri nümayəndə heyətini sentyabrın 1-də keçiriləcək seçki prosesinə hazırlıqla bağlı ətraflı məlumatlandırıb. Azərbaycanda hazırda səsvermə hüququna malik 6 milyondan çox seçicinin olduğunu bildirən M.Pənahov seçkilərdə 990 namizədin mübarizə apardığını deyib. Ölkə üzrə ümumilikdə 6 mindən çox seçki məntəqəsinin fəaliyyət göstərdiyini diqqətə çatdıran MSK sədri 54 seçki məntəqəsinin işğaldan azad edilmiş ərazilərdə yerləşdiyini bildirib. Parlament seçkilərinin xalqımız üçün əlamətdar olduğunu vurğulayan M.Pənahov Milli Məclisə seçkilərin 30 ildən sonra ilk dəfə Azərbaycanın bütün ərazilərində keçiriləcəyini bildirib. Diqqətə çatdırılıb ki, seçkilərə hazırlıq Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun aparılıb, seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli şərait yaradılıb. Pakistanın Azərbaycana dost ölkə olduğunu, ölkəmizin ərazi bütövlüyü məsələsində rəsmi İslamabada hər zaman dəstək göstərdiyini vurğulayan Sultan Mohammad deyib:Pakistan Mərkəzi Seçki Komissiyasının sədri Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlığın yüksək səviyyədə təşkil edildiyini və seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu da diqqətə çatdırıb. Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462473649_167:0:2834:2000_1920x0_80_0_0_4a44d43fdeec6be0ce2e98dd794fcffd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pakistan, msk, seçki, milli məclis
pakistan, msk, seçki, milli məclis
Pakistan MSK-nın sədri: Azərbaycanda seçkilər şəffaf və ədalətli keçəcək
Pakistan Mərkəzi Seçki Komissiyasının sədri Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlığın yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb.
BAKI, 30 avqust — Sputnik. Avqustun 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Pakistan müşahidə missiyasının rəhbəri, Pakistan Mərkəzi Seçki Komissiyasının sədri Sultan Mohammadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanla Pakistan arasındakı sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrindən danışan MSK sədri nümayəndə heyətini sentyabrın 1-də keçiriləcək seçki prosesinə hazırlıqla bağlı ətraflı məlumatlandırıb.
Azərbaycanda hazırda səsvermə hüququna malik 6 milyondan çox seçicinin olduğunu bildirən M.Pənahov seçkilərdə 990 namizədin mübarizə apardığını deyib.
Ölkə üzrə ümumilikdə 6 mindən çox seçki məntəqəsinin fəaliyyət göstərdiyini diqqətə çatdıran MSK sədri 54 seçki məntəqəsinin işğaldan azad edilmiş ərazilərdə yerləşdiyini bildirib. Parlament seçkilərinin xalqımız üçün əlamətdar olduğunu vurğulayan M.Pənahov Milli Məclisə seçkilərin 30 ildən sonra ilk dəfə Azərbaycanın bütün ərazilərində keçiriləcəyini bildirib.
Diqqətə çatdırılıb ki, seçkilərə hazırlıq Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun aparılıb, seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli şərait yaradılıb.
Pakistanın Azərbaycana dost ölkə olduğunu, ölkəmizin ərazi bütövlüyü məsələsində rəsmi İslamabada hər zaman dəstək göstərdiyini vurğulayan Sultan Mohammad deyib:
"Qardaş ölkə Azərbaycan əlamətdar gün, növbədənkənar parlament seçkiləri ərəfəsindədir. Əminik ki, bu seçkilər də ölkənin Seçki Məcəlləsinə tam uyğun şəkildə, şəffaf və ədalətli keçəcək".
Pakistan Mərkəzi Seçki Komissiyasının sədri Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlığın yüksək səviyyədə təşkil edildiyini və seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu da diqqətə çatdırıb.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.