https://sputnik.az/20240830/neft-niye-bahalasir-azerbaycan-nefti-84-dollara-yukselib-467001897.html
Neft niyə bahalaşır? Azərbaycan nefti 84 dollara yüksəlib
Neft niyə bahalaşır? Azərbaycan nefti 84 dollara yüksəlib
Sputnik Azərbaycan
Analitiklərin fikrincə, Liviyada tədarük ilə bağlı davam edən narahatlıqlar, İraqın hasilatı azaltmaq planları qiymətləri daha da qaldırıb. 30.08.2024, Sputnik Azərbaycan
2024-08-30T10:48+0400
2024-08-30T10:48+0400
2024-08-30T10:48+0400
neft-qaz
azeri light markalı neft
brent
opec
liviya
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240072_0:160:3072:1888_1920x0_80_0_0_99a0820822b9d663e8a4834f6c2342fb.jpg
BAKI, 30 avqust — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşır. İnvestorlar Yaxın Şərqdə təklifin azalacağı ilə bağlı narahatdır. Bu da neft qiymətlərinin yüksəlməsinə səbəb olub. Ümumilikdə isə dünyada tələbin azalacağı proqnozu qiymət artımlarını məhdudlaşdırıb. "Brent" markalı neft 23 sent artaraq 80,17 dollar, ABŞ-nin Qərbi Texas (WTI) nefti 18 sent artaraq 76,09 dollar olub. Dünən hər iki markalı neft tədarük ilə bağlı narahatlıqlara görə 1 dollardan çox bahalaşıb, həftə ərzində isə müvafiq olaraq 1,5% və 1,7% artıb. "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1,42 dollar artaraq 84,04 dollar təşkil edib. Analitiklərin fikrincə, Liviyada tədarük ilə bağlı davam edən narahatlıqlar, İraqın hasilatı azaltmaq planları qiymətləri daha da qaldırıb. Bununla belə, dünyanın ən böyük neft idxalçısı olan Çində zəif iqtisadi məlumatlar neft tələbinə təsir etməkdə davam edir. Qeyd edək ki, "Bloomberg" agentliyinin məlumatına görə, ərazisində iki hakimiyyətin fəaliyyət göstərdiyi Liviyanın Mərkəzi Bankını kimin idarə etməsi ilə bağlı çıxılmaz vəziyyət yaranıb. Şimali Afrika ölkəsi tədricən iqtisadi xaosa sürüklənir. OPEC-in üzvü olan bu dövlətin iki rəqib hökuməti arasındakı qarşıdurma ölkənin gündəlik təxminən 1 milyon barel neft hasilatının dayandırılması ilə nəticələnə bilər. Digər tərəfdən, inflyasiyaya qarşı mübarizə və iqtisadiyyata zərbə vuran pandemiyadan sonra Liviyada yoxsulluğun səviyyəsi də artır. Bu ölkədə neft hasilatının dayandırılması qlobal qiymətləri artıra bilər. Bu arada, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər bir il ərzində könüllü 2,2 milyon barel hasilatın azaldılmasını mərhələli şəkildə dayandırmağa hazırlaşır. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240072_171:0:2902:2048_1920x0_80_0_0_e841512859e7f5a441575ab92d094422.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azeri light markalı neft, brent, opec, liviya
azeri light markalı neft, brent, opec, liviya
Neft niyə bahalaşır? Azərbaycan nefti 84 dollara yüksəlib
Analitiklərin fikrincə, Liviyada tədarük ilə bağlı davam edən narahatlıqlar, İraqın hasilatı azaltmaq planları qiymətləri daha da qaldırıb.
BAKI, 30 avqust — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşır. İnvestorlar Yaxın Şərqdə təklifin azalacağı ilə bağlı narahatdır. Bu da neft qiymətlərinin yüksəlməsinə səbəb olub. Ümumilikdə isə dünyada tələbin azalacağı proqnozu qiymət artımlarını məhdudlaşdırıb.
"Brent" markalı neft 23 sent artaraq 80,17 dollar, ABŞ-nin Qərbi Texas (WTI) nefti 18 sent artaraq 76,09 dollar olub. Dünən hər iki markalı neft tədarük ilə bağlı narahatlıqlara görə 1 dollardan çox bahalaşıb, həftə ərzində isə müvafiq olaraq 1,5% və 1,7% artıb.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1,42 dollar artaraq 84,04 dollar təşkil edib.
Analitiklərin fikrincə, Liviyada tədarük ilə bağlı davam edən narahatlıqlar, İraqın hasilatı azaltmaq planları qiymətləri daha da qaldırıb. Bununla belə, dünyanın ən böyük neft idxalçısı olan Çində zəif iqtisadi məlumatlar neft tələbinə təsir etməkdə davam edir.
Qeyd edək ki, "Bloomberg" agentliyinin məlumatına görə, ərazisində iki hakimiyyətin fəaliyyət göstərdiyi Liviyanın Mərkəzi Bankını kimin idarə etməsi ilə bağlı çıxılmaz vəziyyət yaranıb. Şimali Afrika ölkəsi tədricən iqtisadi xaosa sürüklənir. OPEC-in üzvü olan bu dövlətin iki rəqib hökuməti arasındakı qarşıdurma ölkənin gündəlik təxminən 1 milyon barel neft hasilatının dayandırılması ilə nəticələnə bilər. Digər tərəfdən, inflyasiyaya qarşı mübarizə və iqtisadiyyata zərbə vuran pandemiyadan sonra Liviyada yoxsulluğun səviyyəsi də artır. Bu ölkədə neft hasilatının dayandırılması qlobal qiymətləri artıra bilər.
Bu arada, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər bir il ərzində könüllü 2,2 milyon barel hasilatın azaldılmasını mərhələli şəkildə dayandırmağa hazırlaşır.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.