SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Naxçıvana atılan güllə, kommunikasiyaların bərpasına qarşıdır? Professor açıqladı

© Sputnik / StringerPulemyot, arxiv
Pulemyot, arxiv - Sputnik Azərbaycan, 1920, 30.08.2024
Abunə olmaq
Qərb də nəqliyyat dəhlizinin açılmasının istəyir, lakin bunun Rusiyanın yox, özünün nəzarəti altında baş verməsinə çalışır.
BAKI, 30 avqust — Sputnik. Avqustun 28-də Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Liderlər Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə ediblər.
Rusiya prezidenti Azərbaycana iki günlük dövlət səfəri çərçivəsində qeyd etmişdi ki, ölkəsi Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına kömək etməyə hazırdır.
Kommunikasiyalarla bağlı danışıqların aktivləşdiyi bir vaxtda artıq bir neçə gündür ki, Naxçıvan istiqamətində atəşkəs pozulur. Azərbaycan Müdafiə Nazirliyi atəşkəsi Ermənistan tərəfinin pozduğunu bildirir.
Rusiya XİN sözçüsü Mariya Zaxarova da Zəngəzur dəhlizi və regionda kommunikasiyaların açılması ilə bağlı suala cavabında bildirib ki, əgər “Şimal-Cənub” nəqliyyat dəhlizindən danışılırsa, o zaman əsas iş Azərbaycan və İranla təmasda aparılır.
O qeyd edib ki, Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur.
Bəs kommunikasiyaların açılması ilə bağlı danışıqların sürətləndiyi bir vaxtda Naxçıvanda atəşkəsin pozulması arasında əlaqə varmı?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirib ki, 10 noyabr 20220-ci il üçtərəfli sazişinin 9-cu maddəsində Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması məsələsi aydın şəkildə qeyd olunub:
“Üçtərəfli bəyanatda göstərilir ki, Ermənistan nəqliyyatın, yüklərin, sərnişinlərin maneəsiz hərəkətinə zəmanət verir, eyni zamanda kommunikasiyalar üzərində nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirəcək. Ermənistan Baş naziri bu sənədə imza atıb, amma Qərbdən gələn təlimatlardan sonra nəqliyyat dəhlizinin açılması hər vasitə ilə Ermənistan tərəfindən yubadıldı”.
© SputnikSiyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu
Millət vəkili, Elşad Mirbəşiroğlu - Sputnik Azərbaycan, 1920, 29.08.2024
Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu
Elşad Mirbəşiroğlu Ermənistanın “Sülh qovşağı” layihəsini xatırladıb və qeyd edib ki, bu layihə ortaya atılsa da, heç bir tərəflə müzakirə olunmamışdı:
“Bu da Paşinyan hakimiyyətinin avatürası idi və üçtərəfli bəyanatın 9-cu bəndinin reallaşmasının qarşısının alınmasına hesablanmışdı. Ermənistan rəhbəri nümayiş etdirdi ki, o imzasına etinasız yanaşır. Ona görə də, hesab edirəm ki, Ermənistana, onun rəhbərliyinə etibar etmək düzgün deyil”.
Professor Rusiya XİN rəhbəri Sergey Lavrovun da açıqlamasına diqqət çəkib:

“Lavrov açıq mətnlə kommunikasiyaların açılmamasına görə, məhz Ermənistanı ittiham etdi. Bu ölkənin prosesləri sabotaj etdiyini bildirdi. Lavrovun fikirləri təbii ki, Ermənistan üçün qəbuledilməz idi. Ona görə də, Ermənistan XİN biabırçı bəyanatla Lavrova cavab verməyə çalışdı”.

Azərbaycanın praktiki addımlarla öhdəliklərini yerinə yetirdiyini qeyd edən professor rəsmi Bakının sülh danışıqlarında nəticəyə nail olmaq, Ermənistanın manevr imkanlarını sıradan çıxarmaq, manipulyasiyaya imkan verməmək üçün Zəngəzur dəhlizi məsələsini sonraya saxladığını qeyd edib.
Onun sözlərinə görə, kommunikasiyaların açılması, Cənubi Qafqazda cərəyan edən proseslərə yanaşmada Azərbaycan və Rusiyanın mövqeləri çox yaxındır:
“Azərbaycan və Rusiya münasibətləri regionda cərəyan edən porseslər üçün təsirli amildir. Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Cənubi Qafqazda gedən proseslərdə iştirakını məhdudlaşdırmağa çalışır. Biz aydın görürük ki, ABŞ, Qərb institutları Cənubi Qafqaz regionunda Ermənistanı bir alət kimi istifadə edərək gərginlik yaratmağa cəhd edirlər. Bunun neqativ təsirlərini bütün region ölkələri hiss edəcəklər. Düşünürəm ki, avqustun 28-də liderlərin telefon danışığında da regionda ehtimal edilən hər hansı bir gərginliyə qarşı Rusiya və Azərbaycan arasında konstruktiv təmasların davam etdirilməsi məqsədəuyğun hesab edilib”.

“Ermənistan Azərbaycanın mövqelərini atəşə tutmaqla kommunikasiyaların açılmasına mane olmağa çalışır. Doğrudur, Qərb də nəqliyyat dəhlizinin açılmasının istəyir, lakin bunun Rusiyanın yox, özünün nəzarəti altında baş verməsinə çalışır. ABŞ digər regionlarda olduğu kimi Cənubi Qafqazda da enerji infrastrukturları, nəqliyyat dəhlizləri və kommunikasiyaların öz nəzarətində olmasını istəyir. Paşinyan da vaxtilə kommunikasiyalara beynəlxalq nəzarət fikrini irəli sürəndə məhz ABŞ və Fransanı nəzərdə tuturdu. Ermənistan tərəfi kənardan gələn təlimatlar əsasında kommunikasiyaların açılmasının yubatmaq, Qərbin maraqlarına xidmət edən vəziyyət formalaşdırmaq istəyir”.

Hadisələrin inkişaf tempi yaxın aylarda Cənubi Qafqazda proseslərin daha dinamik xarakter alacağını göstərir. Hazırda mövcud vəziyyətə nəzər saldıqda görərik ki, Azərbaycan və Gürcüstanın Qərblə münasibətləri getdikcə gərginləşir. Qərbin öz maraqları üçün bu ölkələrə siyasi təzyiqləri hər iki ölkə ilə Qərb struturları arasında münasibətləri qırılma nöqtəsinə çatdırıb. Real olan isə odur ki, Qərbin bu cür təhdidkar münasibəti bütövlükdə regionun suveren siyasət aparan ölkələrini itirməklə nəticələnə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0