https://sputnik.az/20240830/naxcivan-aeroportunda-sixliq-yaranib-467000722.html
Naxçıvan aeroportunda sıxlıq yaranıb
Naxçıvan aeroportunda sıxlıq yaranıb
Sputnik Azərbaycan
Altı yüz nəfərdən çox zəvvar AZAL-ın reysləri ilə artıq Bakıya gəlib. 30.08.2024, Sputnik Azərbaycan
2024-08-30T10:12+0400
2024-08-30T10:12+0400
2024-08-30T10:12+0400
cəmiyyət
hava limanı
naxçıvan
sıxlıq
reys
bakı
https://cdnn1.img.sputnik.az/img/07e6/09/09/445863011_0:63:1200:738_1920x0_80_0_0_d63e608f44443e1a129732ed4664346a.jpg
BAKI, 30 avqust — Sputnik. Çoxlu sayda zəvvarların ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə olunur. Sputnik Azərbaycan APA-a istinadən xəbər verir ki, sərnişinlərin çoxluğu "Azərbaycan Hava Yolları" aviaşirkətinin üzərinə ciddi əlavə yük yaradıb. Lakin buna və sıx yay uçuş cədvəlinə baxmayaraq Azərbaycanın milli aviadaşıyıcısı AZAL Naxçıvandan Bakıya sərnişinlərin daşınması üçün bütün lazımi tədbirləri görür. AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan uçuş cədvəlindən kənar zəvvarların paytaxta çatdırılması üçün dünən üç əlavə reys həyata keçirib. Bu günə isə dörd əlavə reys ayrılıb ki, bu da sərnişinlərin Bakıya çatdırılmasını sürətləndirməyə imkan verəcək. 600 nəfərdən çox zəvvar AZAL-ın reysləri ilə artıq Bakıya gəlib. Hazırda Naxçıvan Beynəlxalq Hava limanında uçuşunu gözləyən sərnişinlər bütün lazımi vasitələrlə təmin olunurlar. Məlumat üçün bildirək ki, yay aylarında Bakı-Naxçıvan-Bakı marşrutunda yüksək tələbat qeydə alınır. Bu tələbatı qarşılamaq məqsədilə AZAL gün ərzində Naxçıvan istiqamətində 10-15 reys həyata keçirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/09/445863011_67:0:1134:800_1920x0_80_0_0_751ec15e172b042583f686aa6a9b5a52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hava limanı, naxçıvan, sıxlıq, reys, bakı
hava limanı, naxçıvan, sıxlıq, reys, bakı
Naxçıvan aeroportunda sıxlıq yaranıb
Altı yüz nəfərdən çox zəvvar AZAL-ın reysləri ilə artıq Bakıya gəlib.
BAKI, 30 avqust — Sputnik. Çoxlu sayda zəvvarların ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə olunur.
Sputnik Azərbaycan APA-a istinadən xəbər verir ki, sərnişinlərin çoxluğu "Azərbaycan Hava Yolları" aviaşirkətinin üzərinə ciddi əlavə yük yaradıb. Lakin buna və sıx yay uçuş cədvəlinə baxmayaraq Azərbaycanın milli aviadaşıyıcısı AZAL Naxçıvandan Bakıya sərnişinlərin daşınması üçün bütün lazımi tədbirləri görür.
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan uçuş cədvəlindən kənar zəvvarların paytaxta çatdırılması üçün dünən üç əlavə reys həyata keçirib. Bu günə isə dörd əlavə reys ayrılıb ki, bu da sərnişinlərin Bakıya çatdırılmasını sürətləndirməyə imkan verəcək. 600 nəfərdən çox zəvvar AZAL-ın reysləri ilə artıq Bakıya gəlib.
Hazırda Naxçıvan Beynəlxalq Hava limanında uçuşunu gözləyən sərnişinlər bütün lazımi vasitələrlə təmin olunurlar.
Məlumat üçün bildirək ki, yay aylarında Bakı-Naxçıvan-Bakı marşrutunda yüksək tələbat qeydə alınır.
Bu tələbatı qarşılamaq məqsədilə AZAL gün ərzində Naxçıvan istiqamətində 10-15 reys həyata keçirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.