SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Keçmiş XİN rəhbəri birgə fəaliyyət haqqında Əsasnamənin mahiyyətini açıqladı

© Photo : Courtesy of Tofiq ZulfygarovTofiq Zülfüqarov - Azərbaycanın Latviyadakı sabiq səfiri
Tofiq Zülfüqarov - Azərbaycanın Latviyadakı sabiq səfiri  - Sputnik Azərbaycan, 1920, 30.08.2024
Abunə olmaq
Sərhədin müxtəlif hissələrinə aid müxtəlif illərin xəritələrinin istifadə olunmasına dair Azərbaycanın rəsmi mövqeyi var.
BAKI, 30 avqust — Sputnik. AzərbaycanErmənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb.
"Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar", - Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının məlumatında vurğulanıb.
Bəs bu Əsasnamə ümumi prosesə nə verəcək?
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Sputnik Azərbaycan-a bildirib ki, bu xüsusi prosedurlardır:
"Dövlət komissiyasının tərkibi yetərincə genişdir. Bu əsasnamə onların səlahiyyətlərini təsdiq edən sənəd olacaq. Əsasnamə eyni zamanda onların mütəmadi görüşlərini, fəaliyyətini tənzimləyəcək. Növbəti danışıqlarda ilkin razılıqların əldə olunması üçün onların səlahiyyətlərini müəyyən edir. Eyni zamanda beynəlxalq təcrübədən irəli gələrək bu gələcək danışıqların əsasını qoyur".
Diplomat qeyd edib ki, sözügedən əsasnamə texniki bir sənəddir.

"Biz başa düşməliyik ki, siyasi mövqelər fərqlidir. Bilirik ki, bu işdə Alma-Ata bəyannaməsinin prinsipləri əsas götürülür. Amma tərəflər bunu fərqli şəkildə qəbul edir. Ermənistanın mövqeyinə görə, Sovet İttifaqının dağılmasına yaxın qəbul olunmuş sənədlər əsas götürülsün. Azərbaycan isə bütün Sovet dövrünün sənədlərinin əsas götürülməsini istəyir. Sərhədin müxtəlif hissələrinə aid müxtəlif illərin xəritələrinin istifadə olunmasına dair Azərbaycanın rəsmi mövqeyi var. Bu, əsasnamə ilə tənzimlənən məsələ deyil. Ona görə də bu məsələ qüvvədə qalır. Hazırda kommissiyanın səlahiyyətləri müəyyənləşir. Komissiyalar sənədləri paraflamalıdır. Onların təsdiq etdikləri sənəd daha yüksək qanunverici orqan tərəfindən təsdiqlənməlidir", - Tofiq Zülfüqarov qeyd edib.

Azərbaycan sərhədçiləri, arxiv - Sputnik Azərbaycan, 1920, 30.08.2024
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Azərbaycan və Ermənistan dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar
Xəbər lenti
0