DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hakan Fidan nüvə müharibəsi ilə bağlı xəbərdarlıq edib

© AP Photo / Burhan OzbiliciHakan Fidan
Hakan Fidan - Sputnik Azərbaycan, 1920, 30.08.2024
Abunə olmaq
Türkiyə KİV-lərinin məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıb.
BAKI, 30 avqust — Sputnik. "Nüvə müharibəsi başlaya bilər". Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Sloveniyanın baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Tanya Fajonla birgə mətbuat konfransında deyib.
Türkiyə KİV-lərinin məlumatına görə, ölkənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı deyib:

"Rusiya-Ukrayna müharibəsi Avropanın mərkəzində 3 ildir davam edir. Bu müharibənin nüvə savaşına çevrilməsi riski var. Müharibənin dəyəri yüksəkdir, bunun gələcək üçün gətirəcəyi riskləri təxmin etmək mümkün deyil. Bu müharibənin bölgəmizə daha çox zərər verməməsi üçün danışıqlara başlamaq lazımdır".

Xatırladaq ki, ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp nüvə silahını ölkəsi və bütün dünya üçün əsas problem hesab edir. Bunu siyasətçi Viskonsin ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

“Bu, heç vaxt görülməmiş dağıdıcı qüvvədir və biz ondan heç vaxt istifadə olunmayacağına əmin olmalıyıq”, - Tramp bildirib.

© AP Photo / Evan VucciDonald Tramp
Donald Tramp  - Sputnik Azərbaycan, 1920, 30.08.2024
Donald Tramp
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş ABŞ-nin Çinlə bağlı məxfi strateji planı barədə xəbərləri şərh edərkən deyib ki, təşkilat nüvə təhlükəsini aradan qaldırmaq üçün dialoq və diplomatiyanın vacibliyini vurğulayır.
Avqustun 21-də “The New York Times” məlumat yayıb ki, ABŞ Prezidenti Cozef Bayden mart ayında gizli strateji nüvə planını təsdiqləyib. Burada ilk dəfə olaraq Çinin nüvə arsenalları artdıqca, onun cilovlanmasından danışılır. Qeyd edilib ki, Bayden Rusiya, Çin və Şimali Koreya ilə mümkün nüvə toqquşmalarına hazırlaşmaq üçün də göstərişlər verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0