CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Göygöldə faciə -Dörd nəfər zəhərləndi, 10 yaşlı uşaq öldü

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidXəstəxana, arxiv
Xəstəxana, arxiv - Sputnik Azərbaycan, 1920, 30.08.2024
Abunə olmaq
Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər, onların vəziyyətinin ağır olduğu bildirilir.
BAKI, 30 avqust — Sputnik. TƏBİB Göygöldə dərmandan zəhərlənənlərin son durumunu açıqlayıb. Sputnik Azərbaycan-ın sorğusuna TƏBİB-dən verilmiş cavabda bildirilib ki, 30.08.2024-cü il tarixində saat 01:00 radələrində Göygöl rayonu Balcılı kənd sakinləri 1961-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) və 3 azyaşlı (2 qadın cinsli, 1 kişi cinsli olmaqla) dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət edib. Onlardan biri, 2014-cü il təvəllüdlü uşağın (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Digər iki uşaq zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı həkim müayinəsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan birinin vəziyyəti ağır, digəri orta ağır qiymətləndirilir. İlkin zəruri tibbi yardımdan sonra Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunan ananın vəziyyəti isə hazırda orta ağır qiymətləndirilir.
Qeyd edək ki, ilkin ehtimala görə, beş nəfər - 4 uşaq, 1 qadın (nənələri) başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatla yumaları səbəbindən zəhərlənib. Hadisənin 1961-ci il təvəllüdlü Mətanət Qasımovanın 2018-ci il təvəllüldü Qasımzadə Fidan Ceyhun qızı, 2014-cü il təvəllüdlü Simuzər Vəliyeva, 2014-cü il təvəllüdlü Aydan Orucovanın başını dərmanla yuyan zaman baş verdiyi bildirilir. Nəticədə bir uşaq hadisə yerində ölüb. Onun Aydan Orucova olduğu bildirilir. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2022-ci ildə Göygöl rayonunda dörd qız saçlarında bit olması səbəbindən "Niastol" preparatını saçlarına vurduqları üçün zəhərlənmişdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0