https://sputnik.az/20240830/bir-aileni-zeherleyen-dermanla-bagli-resmi-aciqlama-467017586.html
Bir ailəni zəhərləyən dərmanla bağlı rəsmi açıqlama
Bir ailəni zəhərləyən dərmanla bağlı rəsmi açıqlama
Sputnik Azərbaycan
Qalib Əbdüləliyev bildirib ki, "Niasitol" orta zəhərlilik effektinə malik baytarlıq preparatı kimi Azərbaycana idxal olunur. 30.08.2024, Sputnik Azərbaycan
2024-08-30T20:29+0400
2024-08-30T20:29+0400
2024-08-30T20:29+0400
ailə
cəmiyyət
aqta
baytarlıq
dərman
qeydiyyat
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460840066_0:0:2121:1194_1920x0_80_0_0_84ffe43b0bc4540f5ebb97f468e41a2d.jpg
BAKI, 30 avqust — Sputnik. Səhiyyə Nazirliyi daha bir dərman preparatının idxalını qadağan edib. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Reyestrində "Niastol" adda məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib. "Niastol" adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev "Niasitol" preparatının insan üzərində istifadəsi qəti yolverilməz olduğunu açıqlayıb.Q.Əbdüləliyev bildirib ki, "Niasitol" orta zəhərlilik effektinə malik baytarlıq preparatı kimi Azərbaycana idxal olunur. AQTA rəsmisi bildirib ki, bu preparat müxtəlif növ heyvanların müəyyən parazitlərə qarşı mübarizədə istifadə olunur:Xatırladaq ki, Göygöl rayonunun Balçılı kənd sakinləri, 1961-ci il təvəllüdlü qadın və üç azyaşlı dəqiqləşdirilməmiş dərman zəhərlənib. Onlardan biri, 2014-cü il təvəllüdlü uşağın həkiməqədər ölüm faktı qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460840066_35:0:1920:1414_1920x0_80_0_0_92c97171c0029f6121033cf0badbf883.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ailə, aqta, baytarlıq, dərman, qeydiyyat
ailə, aqta, baytarlıq, dərman, qeydiyyat
Bir ailəni zəhərləyən dərmanla bağlı rəsmi açıqlama
Qalib Əbdüləliyev bildirib ki, "Niasitol" orta zəhərlilik effektinə malik baytarlıq preparatı kimi Azərbaycana idxal olunur.
BAKI, 30 avqust — Sputnik. Səhiyyə Nazirliyi daha bir dərman preparatının idxalını qadağan edib. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Reyestrində "Niastol" adda məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib. "Niastol" adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev "Niasitol" preparatının insan üzərində istifadəsi qəti yolverilməz olduğunu açıqlayıb.
Q.Əbdüləliyev bildirib ki, "Niasitol" orta zəhərlilik effektinə malik baytarlıq preparatı kimi Azərbaycana idxal olunur.
AQTA rəsmisi bildirib ki, bu preparat müxtəlif növ heyvanların müəyyən parazitlərə qarşı mübarizədə istifadə olunur:
"Preparatın hazırlanması və istifadəsi mütləq şəkildə baytarlıq mütəxəssislərinin nəzarəti altında və iştirakı ilə həyata keçirilməlidir. "Niasitol" preparatının insan üzərində istifadəsi qəti yolverilməzdir", - deyə bildirib.
Xatırladaq ki, Göygöl rayonunun Balçılı kənd sakinləri, 1961-ci il təvəllüdlü qadın və üç azyaşlı dəqiqləşdirilməmiş dərman zəhərlənib. Onlardan biri, 2014-cü il təvəllüdlü uşağın həkiməqədər ölüm faktı qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.