Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bağlandığı iddia edilən məktəblə bağlı açıqlama

© iStock.com / imaginimaMəktəb, arxiv
Məktəb, arxiv - Sputnik Azərbaycan, 1920, 30.08.2024
Abunə olmaq
Məktəbdə tədris prosesi şagirdlərin maraqlarına və qabiliyyətlərinə uyğun olaraq təmayül tədris planları əsasında təşkil ediləcək.
BAKI, 30 avqust — Sputnik. Şəki-Zaqatala Regional Təhsil İdarəsi Şəkidə bağlandığı iddia edilən məktəblə bağlı açıqlama yayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, Şəki şəhər 6 nömrəli tam orta məktəb yenidən təşkil edilərək fəaliyyətini yalnız tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə davam etdirəcək. Məktəbin yenidən təşkil edilməsində məqsəd ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlər üçün daha keyfiyyətli təhsil imkanları yaratmaq və onların inkişafı üçün əlverişli sosial-psixoloji mühiti təmin etməkdir. Yenidən təşkil edilən məktəbdə şagirdlərin tam orta təhsil səviyyəsində uğur qazanmaları üçün mükəmməl şərait və müasir tədris metodları ilə təmin olacaq.
Məktəbdə tədris prosesi şagirdlərin maraqlarına və qabiliyyətlərinə uyğun olaraq təmayül tədris planları əsasında təşkil ediləcək. Bu tədris planları şagirdlərin dərinləşdirilmiş biliklərə yiyələnmələrinə və gələcəkdə ixtisas seçimi üçün daha yaxşı hazırlanmasına kömək edəcək. Eyni zamanda burada tədris prosesini həyata keçirən pedaqoji heyət yüksək akademik göstəricilərə malik, təcrübəli və peşəkar müəllimlər arasından seçiləcək.
Məktəbə şagirdlərin qəbul qaydaları, tədris prosesinin xüsusiyyətləri və digər vacib məlumatlar barədə ətraflı məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcəkdir.
Xatırladaq ki, bugünlərdə yayılan m Şəkidəki 6 nömrəli tam orta məktəbdə yalnız 10 və11-ci sinif şagirdləri təhsil alacaqlar. Belə ki, 2007-ci ildən fəaliyyət göstərən və hazırda 181 şagirdin təhsil aldığı məktəbin bağlanacağı iddiaları valideynləri narahat edir.
Onların sözlərinə görə, məktəb rəhbərliyi ötən gün şagirdlərə zəng edərək, təhsil ocağının bağlanacağını, 9-cu və ondan aşağı bütün sinif şagirdlərinin, eləcə də müəllimlərin başqa məktəblərə köçürüləcəyini bildirib.
Şagirdlərin köçürülməsinə səbəb kimi burada hansısa pilot layihənin həyata keçiriləcəyi göstərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0