Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Türkiyə-Azərbaycan Universitetinin diplomları hər iki ölkədə avtomatik tanınacaq

© Sputnik / Anar MustafayevAzərbaycan ali məktəblərinin diplomları, arxiv şəkli
Azərbaycan ali məktəblərinin diplomları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.08.2024
Abunə olmaq
Türkiyə-Azərbaycan Universitetinin məzunlarının Türkiyədə YÖK-ün diplom tanınma prosesindən keçməsinə ehtiyac qalmayacaq.
BAKI, 29 avqust - Sputnik. Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri ali məktəbi bitirdikdə iki diplomları olacaq.
Bunu Hacettepe Universitetinin rektoru professor Dr. Mehmet Cahit Güran Report-a müsahibəsində deyib.
Qeyd edək ki, TAU-da qida mühəndisliyi ixtisasında Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.
Onun sözlərinə görə, qarşılıqlı şəkildə diplomlar hər iki ölkədə tanınacaq.
“Həmin məzunların Türkiyədə YÖK-ün diplom tanınma prosesindən keçməsinə ehtiyac qalmayacaq”, - rektor deyib.
Onun sözlərinə görə, Hacettepe Universitetinin müəllim heyəti tələbələrə Ankaradakı Beytepe və Sihhiyede yerləşən korpuslarında hansı keyfiyyət və standartda dərs tədris edirsə, eyni keyfiyyət və standartda da TAU-dakı tələbələrinə təhsil verəcək.
10.08.24, 17:59
Türkiyə-Azərbaycan Universitetində 450-dən çox balı olan abituriyentlər təhsil ala biləcək
Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasını ümumi balı 500-dən, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisaslarını isə ümumi balı 450-dən az olmayan abituriyentlər seçə bilər. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetində tədris ingilis dilində olmaqla Orta Şərq Texniki Universiteti, İstanbul Texniki Universiteti Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.
Ali təhsil müəssisəsinə ixtisas seçimi avqustun 9-dan başlanıb və 19-dək davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0