CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 29 avqust – FOTO

© Sputnik29 avqust
29 avqust - Sputnik Azərbaycan, 1920, 29.08.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 29 avqust — Sputnik. Avqustun 29-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 29-da kimlər anadan olub?
Çingiz Mustafayev (1960-1992) - milli televiziyasının inkişafında mühüm xidmətləri olan azərbaycanlı hərbi jurnalistdir. O, bir sıra xarici xəbər agentlikləri ilə əməkdaşlıq edib. Çingiz Mustafayev Qarabağdakı döyüş bölgəsindən, o cümlədən Xocalı qətliamından çəkilən məşhur reportajların müəllifidir. O, Azərbaycanın Milli Qəhrəmanıdır.
© Photo : Chingiz Mustafayev FoundationMilli Qəhrəman Çingiz Mustafayevin qəbri
Milli Qəhrəman Çingiz Mustafayevin qəbri - Sputnik Azərbaycan, 1920, 28.08.2024
Milli Qəhrəman Çingiz Mustafayevin qəbri
İnqrid Berqman (1915-1982) - Avropa və ABŞ kinolarında çıkilən isveç aktrisasıdır. O, Amerika Film İnstitutunun "100 ilin ən böyük 100 kino ulduzu" siyahısında dördüncü yeri tutur.
© AP Photo / H. Baboutİtalyan kinorejissor Roberto Rossellini və həyat yoldaşı, aktrisa İnqrid Berqman (ortada)
İtalyan kinorejissor Roberto Rossellini və həyat yoldaşı, aktrisa İnqrid Berqman (ortada) - Sputnik Azərbaycan, 1920, 28.08.2024
İtalyan kinorejissor Roberto Rossellini və həyat yoldaşı, aktrisa İnqrid Berqman (ortada)
Uilyam Fridkin (1935–2023) - ABŞ kinorejissoru və ssenaristidir. O, "Fransız əlaqəsi" və "Ekzorsizm" kimi məşhur filmlər sayəsində "Yeni Hollivud"un əsas rejissorlarından biri olub.
Maykl Cekson (1958-2009) - amerikalı müğənni, bəstəkar, aktyor, ssenarist və sahibkardır. O, pop musiqi tarixinin ən uğurlu ifaçılarından biri, "Pop Kralı", 15 "Qremmi" mükafatının laureatıdır.
© AP PhotoMaykl Cekson
Майкл Джексон в перчатке в кристаллах, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.08.2024
Maykl Cekson
29 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1698-ci ildə Rusiya çarı I Pyotrun "Alman paltarı geymək, saqqal və bığı qırxmaq haqqında" fərmanı ilə sentyabrın 1-dən vətəndaşlar saqqallarını qırxmalı və Avropa paltarı geyinməli olublar.
1758-ci ildə ABŞ-da, Nyu Cersidə ilk Hindistan rezervasiyası yaradılıb.
1831-ci ildə ingilis fiziki Maykl Faradey elektromaqnit induksiyasını kəşf edib.
1883-cü ildə kanadalı ixtiraçı və iş adamı Tomas Ahern ilk dəfə Ottavadakı "Windsor" hotelində şam yeməyi hazırlamaq üçün elektrik sobasını nümayiş etdirib.
1929-cu ildə Alman dirijablı "Qraf Tseppelin" dünya üzrə ilk səyahətini başa vurub.
1949-cu ildə SSRİ-də ilk sovet atom bombası sınaqdan keçirilib.
2005-ci ildə Azərbaycan İctimai Televiziyasının açılış mərasimi olub.
Nüvə Sınaqlarına Qarşı Beynəlxalq Mübarizə Günü BMT Baş Assambleyasının 2 dekabr 2009-cu il tarixli qərarı ilə təsis edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0