https://sputnik.az/20240829/qubada-mikroavtobus-minik-avtomobili-ile-toqqusub-olen-ve-xesaret-alanlar-var-466981592.html
Qubada mikroavtobus minik avtomobili ilə toqquşub, ölən və xəsarət alanlar var
Qubada mikroavtobus minik avtomobili ilə toqquşub, ölən və xəsarət alanlar var
Sputnik Azərbaycan
TƏBİB xəsarət alan sərnişinlərdən 6-sının vəziyyətinin ağır olduğunu bildirib. 29.08.2024, Sputnik Azərbaycan
2024-08-29T11:53+0400
2024-08-29T11:53+0400
2024-08-29T11:53+0400
qəza
hadisə
quba
ölənlər və yaralılar
ölənlər
xəsarət alanlar
din mətbuat xidməti
təbib
mersedes
mikroavtobus
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1a/466908993_0:161:3071:1888_1920x0_80_0_0_fdc2d5cfe3ce24db7af91e2a65892cd9.jpg
BAKI, 29 avqust — Sputnik. Avqustun 29-da saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir. Qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb. Qeyd edək ki, Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində "Mercedes" markalı sərnişin mikroavtobusu ilə "Chevrolet" markalı minik avtomobili toqquşub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1a/466908993_171:0:2902:2048_1920x0_80_0_0_199c0a52a9a146acdf8569cfe2f59cf2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qəza, quba, ölənlər və yaralılar, ölənlər, xəsarət alanlar, din mətbuat xidməti, təbib, mersedes, mikroavtobus, "chevrolet", yol-nəqliyyat hadisəsi
qəza, quba, ölənlər və yaralılar, ölənlər, xəsarət alanlar, din mətbuat xidməti, təbib, mersedes, mikroavtobus, "chevrolet", yol-nəqliyyat hadisəsi
Qubada mikroavtobus minik avtomobili ilə toqquşub, ölən və xəsarət alanlar var
TƏBİB xəsarət alan sərnişinlərdən 6-sının vəziyyətinin ağır olduğunu bildirib.
BAKI, 29 avqust — Sputnik. Avqustun 29-da saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.
Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir. Qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində "Mercedes" markalı sərnişin mikroavtobusu ilə "Chevrolet" markalı minik avtomobili toqquşub. Faktla bağlı araşdırmalar davam etdirilir.