FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Keçmişin rəngli sirrləri: Rusiyalı fotoqraf XX əsrin əvvəlindəki Azərbaycanı canlandırıb

Abunə olmaq
Fotoşəkillər 1905-1915-ci illərdə Azərbaycanın müxtəlif yerlərində çəkilib.
Çərşənbə günü Bakıdakı Rus Evində "Azərbaycan XX əsrin əvvəllərində Sergey Prokudinin rəngli fotoşəkillərində" adlı sərgi açılıb. Burada məşhur Rusiyalı fotoqraf və kimyaçı Sergey Prokudin-Qorskinin çəkdiyi Azərbaycan paytaxtının və ölkənin digər bölgələrinin ilk rəngli fotoşəkilləri təqdim olunub.
Layihənin kuratoru və müəllifi Rüstəm Hüseynovun "Sputnik Azərbaycan"a verdiyi məlumata görə, o, uzun illərdir ki, fotoqrafın yaradıcılığını öyrənir və hətta Milli Respublika Tarixi Muzeyində onun haqqında mühazirə oxuyub. Prokudinin bütün əsərləri ABŞ Konqres Kitabxanasında saxlanılır və onların əksəriyyəti internet səhifəsində rəqəmsal formada nümayiş etdirilir. Bu da onun yaradıcılığının bir çox tədqiqatçılarının işini asanlaşdırır.
Onun sözlərinə görə, fotoqraf Bakıdan başqa Azərbaycanın bir çox bölgələrində olub. Ümumilikdə o, 40 fotoşəkil çəkib, onlardan 20-si sərgidə təqdim olunur.
"Bunlar bizim ölkənin ilk rəngli fotoşəkilləridir. Onlar 1905-1915-ci illər arasında çəkiliblər. Təqdim olunan əsərlər Bakı Filarmoniyasının, Şirvanşahlar Sarayının məscidlərinin, Saatlı kəndinin, Muğan düzünün və digər yerlərin fotoşəkilləridir. O, mənzərələrlə yanaşı, Rusiyalı mühacirlərinin də şəkillərini çəkib" - Hüseynov qeyd edib.
Çəkiliş zamanı Prokudin 1855-ci ildə Ceyms Maksvell tərəfindən icad edilən rəngli fotoşəkillər hazırlamaq üçün qeyri-adi rəng ayırma texnologiyasından istifadə edib. Çəkiliş növbə ilə mavi, yaşıl və qırmızı rəngli filtrlər vasitəsilə aparılıb, bundan sonra ekranda əlavə proyeksiya üçün uyğun olan üç qara və ağ neqativ əldə edilib.
"Bu üsul fotoqrafdan ən yüksək ixtisasa və yaxşı kimya biliyinə malik olmasını tələb edirdi. Prokudin məşhur kimyaçı Dmitri Mendeleyevin tələbəsi olduğundan, onun heç bir problemi yox idi. Bu metod və Prokudinin peşəkarlığı sayəsində biz XX əsrin əvvəllərində ölkəmizin necə göründüyünü rəngli formatda görə bilirik" - Hüseynov qeyd edib.
Sərgi bir həftə davam edəcək.
© Photo : Sergey Prokudin-Gorsky

Səmədov adına pambıq zavodu. Petropavlovsk (hazırkı Sabirabad).

Səmədov adına pambıq zavodu. Petropavlovsk (hazırkı Sabirabad). - Sputnik Azərbaycan
1/13

Səmədov adına pambıq zavodu. Petropavlovsk (hazırkı Sabirabad).

© Photo : Sergey Prokudin-Gorsky

Qrafovka (hazırkı Saatlı rayonu) qəsəbəsində məskunlaşmış ailə.

Qrafovka (hazırkı Saatlı rayonu) qəsəbəsində məskunlaşmış ailə. - Sputnik Azərbaycan
2/13

Qrafovka (hazırkı Saatlı rayonu) qəsəbəsində məskunlaşmış ailə.

© Photo : Sergey Prokudin-Gorsky

Muğan. Xarkov vilayətindən olan bir köçkünün evi. Qrafovka.

Muğan. Xarkov vilayətindən olan bir köçkünün evi. Qrafovka. - Sputnik Azərbaycan
3/13

Muğan. Xarkov vilayətindən olan bir köçkünün evi. Qrafovka.

© Photo : Sergey Prokudin-Gorsky

Fotoqraf Sergey Prokudin-Qorski.

Fotoqraf Sergey Prokudin-Qorski. - Sputnik Azərbaycan
4/13

Fotoqraf Sergey Prokudin-Qorski.

© Photo : Sergey Prokudin-Gorsky

Yay İctimai Görüş Mərkəzi, Bakı, Azərbaycan.

Yay İctimai Görüş Mərkəzi, Bakı, Azərbaycan. - Sputnik Azərbaycan
5/13

Yay İctimai Görüş Mərkəzi, Bakı, Azərbaycan.

© Photo : Sergey Prokudin-Gorsky

Köçkünün həyəti. Həyətdə yemək bişirmək üçün soba.

Köçkünün həyəti. Həyətdə yemək bişirmək üçün soba. - Sputnik Azərbaycan
6/13

Köçkünün həyəti. Həyətdə yemək bişirmək üçün soba.

© Photo : Sergey Prokudin-Gorsky

Petropavlovskda mehmanxana [Yeni Dünya].

Petropavlovskda mehmanxana [Yeni Dünya]. - Sputnik Azərbaycan
7/13

Petropavlovskda mehmanxana [Yeni Dünya].

© Photo : Sergey Prokudin-Gorsky

Fars tatarları. Saatlı. Muğan.

Fars tatarları. Saatlı. Muğan. - Sputnik Azərbaycan
8/13

Fars tatarları. Saatlı. Muğan.

© Photo : Sergey Prokudin-Gorsky

Muğan. Nikolayevka. Bir köçkün bağında nar ağacı.

Muğan. Nikolayevka. Bir köçkün bağında nar ağacı. - Sputnik Azərbaycan
9/13

Muğan. Nikolayevka. Bir köçkün bağında nar ağacı.

© Photo : Sergey Prokudin-Gorsky

Petropavlovskoye qəsəbəsində kilsə.

Petropavlovskoye qəsəbəsində kilsə. - Sputnik Azərbaycan
10/13

Petropavlovskoye qəsəbəsində kilsə.

© Photo : Sergey Prokudin-Gorsky

Muğan. Milli geyimli gürcü qadını.

Muğan. Milli geyimli gürcü qadını. - Sputnik Azərbaycan
11/13

Muğan. Milli geyimli gürcü qadını.

© Photo : Sergey Prokudin-Gorsky

Kür çayının sahilində qarpız məhsulu.

Kür çayının sahilində qarpız məhsulu. - Sputnik Azərbaycan
12/13

Kür çayının sahilində qarpız məhsulu.

© Photo : Sergey Prokudin-Gorsky

Saatlı kəndi. Muğan çölü.

Saatlı kəndi. Muğan çölü. - Sputnik Azərbaycan
13/13

Saatlı kəndi. Muğan çölü.

Xəbər lenti
0