SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərəb turistlərə yaşıl işıq: Bakı Fars körfəzi ölkələrinə münasibətdə yeni mərhələyə keçir

© iStock.com / imantsuYük konteynerləri, arxiv
Yük konteynerləri, arxiv - Sputnik Azərbaycan, 1920, 29.08.2024
Abunə olmaq
Azərbaycan Səudiyyə Ərəbistanı vətəndaşları üçün giriş vizalarını ləğv etməyi planlaşdırır ki, bu da uçuşların sayının və krallıqdan turist axınının artmasına səbəb olacaq.
BAKI, 29 avqust — Sputnik. Hazırda Azərbaycan, Rusiya və İran avtomobil və dəmir yolu nəqliyyatı sahəsində regional əməkdaşlığı inkişaf etdirmək üçün səylər göstərirlər. Bu sahə Fars körfəzi ölkələri ilə qarşılıqlı fəaliyyətdə əsas sahələrdən birinə çevriləcək ki, bu da bölgədə ticarət və qarşılıqlı investisiyaların həcmini artıracaq.
Bunu Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev "Əş-Şərq Əl-Ausat" qəzetinə müsahibəsində deyib.
Qəzet qeyd edib ki, Fars körfəzi ölkələri ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, tərəflərin investisiya və ticarət imkanlarının araşdırılması səyləri çərçivəsində sentyabrın 25-26-da Bakıda "Dayanıqlı İnkişaf - İnvestisiyalar - Tərəfdaşlıq" iqtisadi forumu keçiriləcək.
Abdullayev Azərbaycan və Fars körfəzi dövlətləri arasında bütövlükdə və xüsusən də iki ölkə - Bakı və Ər-Riyad arasında bütün sahələrdə, xüsusilə bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı və turizm sahəsində hərtərəfli əməkdaşlığın dərinləşməsinə olan marağın qaldığını nəzərə alıb münasibətlər strategiyasının formalaşmasının vacibliyini vurğulayıb. Diplomat qeyd edib ki, Azərbaycan Qətər və BƏƏ vətəndaşları üçün vizaların ləğvindən sonra Səudiyyə Ərəbistanı vətəndaşları üçün giriş vizalarını ləğv etməyi planlaşdırır.
Səfirin sözlərinə görə, Azərbaycanda külək enerjisinin inkişafı üzrə Səudiyyə Ərəbistanının ACWA Power layihəsi ölkəyə uğurlu investisiyaların nümunəsidir.
Abdullayevin sözlərinə görə, yaxın vaxtlarda viza prosedurlarının sadələşdirilməsi ilə əlaqədar olaraq krallıqdan Azərbaycana reyslərin sayının və turist axınının artması gözlənilir.
Fars Körfəzi Ölkələri Əməkdaşlıq Şurası Palataları Federasiyasının sədri Feysal Ben Abdulla Əl-Ravas öz növbəsində təsdiqləyib ki, forumda qida təhlükəsizliyi və kənd təsərrüfatı, bərpa olunan enerji mənbələri, nəqliyyat-logistika layihələri və ticarət də daxil olmaqla iqtisadiyyatın bir sıra sektorlarında ən mühüm investislik imkanları və birgərli layihələrə baxılacaq. Onun sözlərinə görə, forum çərçivəsində Bakının bir sıra iqtisadi və sənaye zonalarına səfərləri, o cümlədən Körfəz ölkələrindən olan sahibkarların azərbaycanlı həmkarları ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Əl-Ravas bildirib ki, Fars körfəzi ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən il ərzində 1,8 milyard dollar təşkil edib və bu ölkələrin respublikaya investisiyalarının miqdarı 7 milyard dollar təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0