DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin və ABŞ Ukrayna ilə bağlı razılığa gələ bilməyib

© AP Photo / Andrew HarnikABŞ və Çin bayraqları, arxiv
ABŞ və Çin bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 29.08.2024
Abunə olmaq
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi deyib ki, üç gün ərzində Ukraynadakı müharibə ilə bağlı fikir mübadiləsi aparmaq imkanı olub.
BAKI, 29 avqust — Sputnik. Çin və ABŞ Pekində keçirilən danışıqlarda Ukrayna böhranının həlli ilə bağlı müzakirələrdə heç bir irəliləyiş əldə etməyiblər və heç bir plan müəyyən etməyiblər. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan Pekinə səfərindən sonra mətbuat konfransında bildirib.
"Mən deyə bilmərəm ki, biz bu məsələdə hər hansı irəliləyiş əldə etdik", Sallivan qeyd edib.
O əlavə edib ki, ÇXR açıq şəkildə bildirir ki, Ukrayna münaqişəsinə diplomatik yolla son qoyulmalıdır.
"Bu üç gün ərzində Ukraynadakı müharibə ilə bağlı fikir mübadiləsi aparmaq imkanımız oldu. Biz diplomatiya ilə bağlı heç bir konkret planlabağlı razılaşmamışıq. Ona görə ki, Birləşmiş Ştatlar "Ukraynasız Ukrayna ola bilməz" prinsipinə çox ciddi yanaşır", – Sallivan deyib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur.
Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür.
Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0