https://sputnik.az/20240829/cenubi-qafqazda-veziyyet-qerbin-hereketlerine-gore-gergin-olaraq-qalir---serdyukov-466984413.html
Cənubi Qafqazda vəziyyət Qərbin hərəkətlərinə görə gərgin olaraq qalır - Serdyukov
Cənubi Qafqazda vəziyyət Qərbin hərəkətlərinə görə gərgin olaraq qalır - Serdyukov
Sputnik Azərbaycan
Serdyukovun sözlərinə görə, dünyada geosiyasi vəziyyət yaxın gələcəkdə qeyri-sabit qalmaqda davam edəcək. 29.08.2024, Sputnik Azərbaycan
2024-08-29T16:00+0400
2024-08-29T16:00+0400
2024-08-29T16:00+0400
cənubi qafqaz
siyasət
ktmt
nato
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1d/466984243_0:0:2910:1637_1920x0_80_0_0_3ef2ab629e21318b71c888acd28a9381.jpg
BAKI, 29 avqust — Sputnik. Cənubi Qafqazda Qərbin təsirini artırmaq cəhdləri nəticəsində yaranmış gərgin vəziyyət qalmaqdadır. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargah rəisi Andrey Serdyukov deyib. "Artan ziddiyyətlər, ilk növbədə, həll edilməmiş ərazi məsələləri və Qərbin Cənubi Qafqazda öz təsirini artırmaq istəyi ilə əlaqədar xüsusi narahatlıq doğurur", - təşkilatın nümayəndəsi bildirib. Beynəlxalq terrorizm, ekstremizm, silahların, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni yayılması ilə əlaqəli olan Mərkəzi Asiya regionunda risklər və təhdidlər aktuallığını saxlayır. Bu amillər təşkilata üzv dövlətlərdə sabitliyə əsas təhlükə yaradır. Serdyukovun sözlərinə görə, dünyada geosiyasi vəziyyət yaxın gələcəkdə qeyri-sabit qalmaqda davam edəcək. O hesab edir ki, Qərbin hərəkətləri təxribatçı xarakter daşıyacaq, onun üstünlüyünü qoruyub saxlamaq və bunun üçün dünyada yeni eskalasiya mərkəzləri yaratmaq məqsədi güdəcək. Baş Qərargah rəisi həmçinin bəyan edib ki, Şərqdən gələn qondarma təhlükədən qorunmaq bəhanəsi ilə regionda KTMT-nin qərb sərhədlərinin bilavasitə yaxınlığında NATO koalisiya qüvvələrinin qrupları yerləşdirilir. Ukraynanın maliyyə və silahlarla təmin edilməsi, eləcə də Polşa və Baltikyanı ölkələrin hərbiləşdirilməsi davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1d/466984243_6:0:2737:2048_1920x0_80_0_0_fc93e47ab204f8c3c6b1a94ccb11895a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
cənubi qafqaz, ktmt, nato, ukrayna
cənubi qafqaz, ktmt, nato, ukrayna
Cənubi Qafqazda vəziyyət Qərbin hərəkətlərinə görə gərgin olaraq qalır - Serdyukov
Serdyukovun sözlərinə görə, dünyada geosiyasi vəziyyət yaxın gələcəkdə qeyri-sabit qalmaqda davam edəcək.
BAKI, 29 avqust — Sputnik. Cənubi Qafqazda Qərbin təsirini artırmaq cəhdləri nəticəsində yaranmış gərgin vəziyyət qalmaqdadır. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargah rəisi Andrey Serdyukov deyib.
"Artan ziddiyyətlər, ilk növbədə, həll edilməmiş ərazi məsələləri və Qərbin Cənubi Qafqazda öz təsirini artırmaq istəyi ilə əlaqədar xüsusi narahatlıq doğurur", - təşkilatın nümayəndəsi bildirib.
Beynəlxalq terrorizm, ekstremizm, silahların, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni yayılması ilə əlaqəli olan Mərkəzi Asiya regionunda risklər və təhdidlər aktuallığını saxlayır. Bu amillər təşkilata üzv dövlətlərdə sabitliyə əsas təhlükə yaradır.
Serdyukovun sözlərinə görə, dünyada geosiyasi vəziyyət yaxın gələcəkdə qeyri-sabit qalmaqda davam edəcək. O hesab edir ki, Qərbin hərəkətləri təxribatçı xarakter daşıyacaq, onun üstünlüyünü qoruyub saxlamaq və bunun üçün dünyada yeni eskalasiya mərkəzləri yaratmaq məqsədi güdəcək.
Baş Qərargah rəisi həmçinin bəyan edib ki, Şərqdən gələn qondarma təhlükədən qorunmaq bəhanəsi ilə regionda KTMT-nin qərb sərhədlərinin bilavasitə yaxınlığında NATO koalisiya qüvvələrinin qrupları yerləşdirilir. Ukraynanın maliyyə və silahlarla təmin edilməsi, eləcə də Polşa və Baltikyanı ölkələrin hərbiləşdirilməsi davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.