https://sputnik.az/20240829/borrell-qezzada-usaqlari-peyvend-etmek-ucun-ateskese-cagirib-466992328.html
Borrell Qəzzada uşaqları peyvənd etmək üçün atəşkəsə çağırıb
Borrell Qəzzada uşaqları peyvənd etmək üçün atəşkəsə çağırıb
Sputnik Azərbaycan
Poliomielit xəstəliyinin sürətlə yayılması Qəzzada artıq köçkünlük, qidalanma və müxtəlif məhrumiyyət növləri ilə zəifləmiş uşaqları təhdid edir. 29.08.2024, Sputnik Azərbaycan
2024-08-29T21:29+0400
2024-08-29T21:29+0400
2024-08-29T21:29+0400
cosep borrel
dünya xəbərləri
həmas
qəzza
peyvənd
atəşkəs
fələstin
israil
https://cdnn1.img.sputnik.az/img/07e5/09/07/427865827_0:87:2653:1579_1920x0_80_0_0_2fca5dc1cc088f4295bb0bd0411a5cbe.jpg
BAKI, 29 avqust — Sputnik. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell uşaqların poliomielit əleyhinə peyvənd edilməsinə icazə vermək üçün Qəzza zolağında üç gün ərzində dərhal atəşkəs elan etməyə çağırıb. Bəyanat X* sosial şəbəkəsində dərc olunub. Tibbi prosedurlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaqlara Təcili Yardım Fondunun (UNICEF) nümayəndələri tərəfindən həyata keçirilməlidir. "Poliomielit xəstəliyinin sürətlə yayılması Qəzzada artıq köçkünlük, qidalanma və müxtəlif məhrumiyyət növləri ilə zəifləmiş uşaqları təhdid edir" – Borrell deyib. Bazar ertəsi, avqustun 26-da beynəlxalq xəbər agentliyi "Reuters" xəbər verib ki, İsrail hakimiyyəti və Fələstinin HƏMAS hərəkatı Qəzzada atəşkəslə bağlı danışıqlar aparıblar, lakin tərəflər vasitəçilərin təqdim etdiyi bir neçə təklifi qəbul etmədiyi üçün danışıqlar razılaşdırılmadan başa çatıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/07/427865827_0:0:2653:1990_1920x0_80_0_0_2cef55a80adc34d3a5398c2933090c11.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
cosep borrel , həmas, qəzza, peyvənd, atəşkəs, fələstin, israil
cosep borrel , həmas, qəzza, peyvənd, atəşkəs, fələstin, israil
Borrell Qəzzada uşaqları peyvənd etmək üçün atəşkəsə çağırıb
Poliomielit xəstəliyinin sürətlə yayılması Qəzzada artıq köçkünlük, qidalanma və müxtəlif məhrumiyyət növləri ilə zəifləmiş uşaqları təhdid edir.
BAKI, 29 avqust — Sputnik. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell uşaqların poliomielit əleyhinə peyvənd edilməsinə icazə vermək üçün Qəzza zolağında üç gün ərzində dərhal atəşkəs elan etməyə çağırıb.
Bəyanat X* sosial şəbəkəsində dərc olunub.
Tibbi prosedurlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaqlara Təcili Yardım Fondunun (UNICEF) nümayəndələri tərəfindən həyata keçirilməlidir.
"Poliomielit xəstəliyinin sürətlə yayılması Qəzzada artıq köçkünlük, qidalanma və müxtəlif məhrumiyyət növləri ilə zəifləmiş uşaqları təhdid edir" – Borrell deyib.
Bazar ertəsi, avqustun 26-da beynəlxalq xəbər agentliyi "Reuters" xəbər verib ki, İsrail hakimiyyəti və Fələstinin HƏMAS hərəkatı Qəzzada atəşkəslə bağlı danışıqlar aparıblar, lakin tərəflər vasitəçilərin təqdim etdiyi bir neçə təklifi qəbul etmədiyi üçün danışıqlar razılaşdırılmadan başa çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.