https://sputnik.az/20240829/azerbaycanin-turizm-imkanlari-mbd-olkelerinde-silsile-tedbirlerle-tanidilir-466992927.html
Azərbaycanın turizm imkanları MBD ölkələrində silsilə tədbirlərlə tanıdılır
Azərbaycanın turizm imkanları MBD ölkələrində silsilə tədbirlərlə tanıdılır
Sputnik Azərbaycan
2024-cü ilin yanvar-iyul aylarında Özbəkistan, Qazaxıstan, Rusiya və Belarusdan ümumilikdə Azərbaycana 527 min 785 nəfər səfər edib. 29.08.2024, Sputnik Azərbaycan
2024-08-29T20:25+0400
2024-08-29T20:25+0400
2024-08-29T20:25+0400
turizm
cəmiyyət
rusiya
belarus
qazaxıstan
özbəkistan
"şahdağ turizm mərkəzi" qapalı səhmdar cəmiyyəti
https://cdnn1.img.sputnik.az/img/40674/04/406740475_0:77:2000:1202_1920x0_80_0_0_4487a15577b693d10f3776d5f71eae28.jpg
BAKI, 29 avqust — Sputnik. Avqustun 22-dən 29-dək Azərbaycan Turizm Bürosu tərəfindən Özbəkistanın Daşkənd, Qazaxıstanın Astana, Rusiyanın Moskva və Sankt-Peterburq, Belarusun Minsk şəhərində Azərbaycan turizminə həsr edilmiş silsilə tədbirlər təşkil edilib. Dövlət Turizm Agentliyindən bildirilib ki, təbliğat tədbirlərində ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə "Şahdağ" Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 14 yerli tərəfdaş təmsil edib. Tədbirlər çərçivəsində ikitərəfli əlaqələrin formalaşdırılması və genişləndirilməsi məqsədilə keçirilən B2B (Biznesdən biznesə) formatlı görüşlərdə ölkəmizin turizm imkanları, o cümlədən Bakı və Azərbaycanın regionları, yay və qış mövsümü haqqında məlumat təqdim olunub. Bundan əlavə, xarici turizm sənayesi nümayəndələrinə Azərbaycanda mövcud olan sağlamlıq turizm obyektləri və müalicəvi kurortlar, dağ-xizək mərkəzləri, eləcə də digər turizm məhsulları haqqında ətraflı məlumat verilib. Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Özbəkistan, Qazaxıstan, Rusiya və Belarusdan ümumilikdə Azərbaycana 527 min 785 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox artımdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40674/04/406740475_147:0:1854:1280_1920x0_80_0_0_63a9075164006f5520d0e9063799915a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
turizm, rusiya, belarus, qazaxıstan, özbəkistan, "şahdağ turizm mərkəzi" qapalı səhmdar cəmiyyəti
turizm, rusiya, belarus, qazaxıstan, özbəkistan, "şahdağ turizm mərkəzi" qapalı səhmdar cəmiyyəti
Azərbaycanın turizm imkanları MBD ölkələrində silsilə tədbirlərlə tanıdılır
2024-cü ilin yanvar-iyul aylarında Özbəkistan, Qazaxıstan, Rusiya və Belarusdan ümumilikdə Azərbaycana 527 min 785 nəfər səfər edib.
BAKI, 29 avqust — Sputnik. Avqustun 22-dən 29-dək Azərbaycan Turizm Bürosu tərəfindən Özbəkistanın Daşkənd, Qazaxıstanın Astana, Rusiyanın Moskva və Sankt-Peterburq, Belarusun Minsk şəhərində Azərbaycan turizminə həsr edilmiş silsilə tədbirlər təşkil edilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, təbliğat tədbirlərində ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə "Şahdağ" Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 14 yerli tərəfdaş təmsil edib.
Tədbirlər çərçivəsində ikitərəfli əlaqələrin formalaşdırılması və genişləndirilməsi məqsədilə keçirilən B2B (Biznesdən biznesə) formatlı görüşlərdə ölkəmizin turizm imkanları, o cümlədən Bakı və Azərbaycanın regionları, yay və qış mövsümü haqqında məlumat təqdim olunub.
Bundan əlavə, xarici turizm sənayesi nümayəndələrinə Azərbaycanda mövcud olan sağlamlıq turizm obyektləri və müalicəvi kurortlar, dağ-xizək mərkəzləri, eləcə də digər turizm məhsulları haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Özbəkistan, Qazaxıstan, Rusiya və Belarusdan ümumilikdə Azərbaycana 527 min 785 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox artımdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.