CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 28 avqust – FOTO

© Sputnik28 августа
28 августа - Sputnik Azərbaycan, 1920, 28.08.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 28 avqust — Sputnik. Avqustun 28-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 28-də kimlər anadan olub?
Əlibala Hacızadə (1935-2009) - Azərbaycan yazıçısı, şərqşünası, filologiya elmləri namizədi və tərcüməçidir. Onun "Heykəl gülür", "Məhəbbət olmayan evdə", "Unutmaq olmur", "Təyyarə kölgəsi", "İtkin gəlin", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş" əsərləri xüsusi populyarlıq qazanıb.
© Photo : Public DomainƏlibala Hacızadə
Əlibala Hacızadə - Sputnik Azərbaycan, 1920, 27.08.2024
Əlibala Hacızadə
Yohann Volfqanq Göte (1749-1832) - alman şair-dramaturqu, mütəfəkkir və naturalistdir. O, "Faust", "Gənc Verterin iztirabları", "Poeziya və həqiqət" və s. əsərlərin müəllifidir.
Natalya Qundaryova (1948–2005) - Sovet və Rusiya teatr və kino aktrisası, RSFSR xalq artistidir. O, "Subaylara yataqxana verilir", "Uşaq evinin sahibi", "Payız marafonu", "Uçurum" və s. filmlərdə rol alıb.
© Sputnik / Александр МакаровNatalya Qundaryova
Natalya Qundaryova - Sputnik Azərbaycan, 1920, 27.08.2024
Natalya Qundaryova
Cek Blek (1969) - ABŞ kinoaktyoru, prodüseri, komediyaçısı, musiqiçi və bəstəkardır. O, "Cumanci: Növbəti mərhələ", "Böyük il", "Rok məktəbi", "Saatlı evin sirri", "Yüksək keyfiyyət" və s. filmlərdə bir çox obrazları canlandırıb.
© AP Photo / Matt SaylesCek Blek və Ancelina Coli
Американская актриса Анджелина Джоли  во время премьеры фильма Кунг-фу панда - Sputnik Azərbaycan, 1920, 27.08.2024
Cek Blek və Ancelina Coli
Ceyson Pristli (1969) – "Beverly-Hills, 90210" teleserialında Brendon Uolş rolunu oynamaqla məşhur olan Amerika və Kanada aktyorudur. Hal-hazırda o, Kanadanın "Özəl dedektivlər" serialında Mett Şeyd rolunu oynayır.
28 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1609-cu ildə ingilis dənizçi Henri Hudzon müasir ABŞ-ın Atlantik sahillərində Delaver körfəzini kəşf edib.
1789-cu ildə ingilis astronomu Uilyam Herşel Saturnun peykini - Enseladı kəşf edib.
1833-cü ildə Böyük Britaniya Parlamenti Britaniya İmperiyasının əksər hissəsində köləliyi ləğv edən qanun qəbul edib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifi və orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edib. Bu qanuna əsasən, bütün ibtidai təhsil müəssisələrində tədris Azərbaycan dilində aparılır. Tədrisin rus dilində aparılan siniflərdə məcburi Azərbaycan dili dərslərinə həftədə 3-4 saat vaxt ayrılıb.
Xəbər lenti
0