Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Son 5 ildə suvarma sistemlərinə 93,3 mln. AZN subsidiya ayrılıb - Nazir müavini

© Photo : STPPivot Suvarma sistemləri, arxiv
Pivot Suvarma sistemləri, arxiv - Sputnik Azərbaycan, 1920, 28.08.2024
Abunə olmaq
Nazir müavini qeyd edib ki, fermerlərlə sıx əməkdaşlıq etmək və onların iqlimə davamlı yanaşmaları mənimsəmələrinə dəstək vermək isə bu prosesi sürətləndirə bilər.
BAKI, 28 avqust — Sputnik. Azərbaycanda intensiv kənd təsərrüfatının inkişafı üçün dövlət dəstəyi mövcuddur. Məsələn, müasir suvarma sistemlərinin tətbiqini stimullaşdırmaq üçün müxtəlif güzəştlər və subsidiyalar tətbiq olunur. Son 5 ildə 38,2 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb.
Bunu "Su idarəetmə sistemlərinin iqlimə dayanıqlı kənd təsərrüfatında rolu - COP29 dəyirmi masa müzakirələri" adlı tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.
Nazir müavini qeyd edib ki, fermerlərlə sıx əməkdaşlıq etmək və onların iqlimə davamlı yanaşmaları mənimsəmələrinə dəstək vermək isə bu prosesi sürətləndirə bilər. Onun sözlərinə görə, fermerlərin su ehtiyatlarını səmərəli istifadə etmələri və iqlim dəyişikliklərinə uyğunlaşmaları, sektorun davamlı inkişafı üçün həlledici addımlardır. Bu istiqamətdə fəaliyyətlər COP29 zamanı, noyabrın 19-da keçiriləcək Ərzaq, Kənd Təsərrüfatı və Su Günündə təqdim ediləcək "Harmoniya Təşəbbüsü"nün əsas hədəflərindən biridir.
© Sputnik / Tarana KhudabakhshiyevaKənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova - Sputnik Azərbaycan, 1920, 28.08.2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova

"Bu təşəbbüs, kənd təsərrüfatı icmalarına və fermerlərə müasir su idarəetmə sistemləri və iqlimə davamlı yanaşmaları tətbiq etmək üçün lazımi dəstəyi təmin etməyi qarşısına məqsəd qoyur", - İ.Qədimova qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firudin Tağıyev mart ayında Bakı Su Həftəsi çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında bildirib ki, Azərbaycanda son illər müasir suvarma sistemləri tətbiq edən təsərrüfatlarda məhsuldarlığın 2 dəfəyə yaxın artdığı, sərf edilən suyun 2,5 dəfə azaldığı müşahidə edilir.

"Bunlar çox gözəl göstəricilərdir, o deməkdir ki, kənd təsərrüfatı intensiv inkişafdadır. Hər bir fermer müasir suvarma üsullarından istifadə etməklə sudan qənaətlə istifadə edib, fəaliyyətini yüksək səviyyədə, dayanıqlı qurmalı, su və torpaq resurslarını qorumalıdır. Selləmə suvarma torpaqda şoranlaşma yaradır, məhsuldarlığı azaldır. Bu, bir növ resurslardan kortəbii istifadədir və onların deqradasiyasına səbəb olur. Biz davamlı olaraq müasir suvarma sistemlərindən istifadəni təşviq edirik və təşviq işləri bundan sonra da davam etdiriləcək", - şöbə müdiri qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0