https://sputnik.az/20240828/sahib-memmedov-iqtisadiyyat-nazirinin-muavini-vezifesinden-ayrilib-466949694.html
Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini vəzifəsindən ayrılıb
Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini vəzifəsindən ayrılıb
Sputnik Azərbaycan
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. 28.08.2024, Sputnik Azərbaycan
2024-08-28T10:24+0400
2024-08-28T10:24+0400
2024-08-28T10:24+0400
cəmiyyət
iqtisadiyyat nazirliyi
müavin
iş
https://cdnn1.img.sputnik.az/img/42375/38/423753806_0:0:1920:1080_1920x0_80_0_0_a10782905ef82b387645efdace7e9b5a.jpg
BAKI, 28 avqust — Sputnik. Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini vəzifəsindən ayrılıb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Beləliklə, iqtisadiyyat nazirinin müavinlərinin sayı 5-ə düşüb. Qeyd edək ki, Sahib Məmmədov 2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində işləyib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. Sahib Məmmədov bu il avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42375/38/423753806_213:0:1920:1280_1920x0_80_0_0_5eda32b7f8f627277d82d96b22610514.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iqtisadiyyat nazirliyi, müavin, iş
iqtisadiyyat nazirliyi, müavin, iş
Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini vəzifəsindən ayrılıb
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.
BAKI, 28 avqust — Sputnik. Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini vəzifəsindən ayrılıb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Beləliklə, iqtisadiyyat nazirinin müavinlərinin sayı 5-ə düşüb.
Qeyd edək ki, Sahib Məmmədov 2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində işləyib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.
Sahib Məmmədov bu il avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.