https://sputnik.az/20240828/parlament-seckileri-demokratik-enenelere-uygun-kecirilecek---qazaxistanli-jurnalist-466966640.html
Parlament seçkiləri demokratik ənənələrə uyğun keçiriləcək - Qazaxıstanlı jurnalist
Parlament seçkiləri demokratik ənənələrə uyğun keçiriləcək - Qazaxıstanlı jurnalist
Sputnik Azərbaycan
Qazaxıstanlı jurnalist qeyd edib ki, budəfəki seçkilər Azərbaycan parlamentinin fəaliyyətində yeni dövrün başlanğıcı olacaq. 28.08.2024, Sputnik Azərbaycan
2024-08-28T19:49+0400
2024-08-28T19:49+0400
2024-08-28T19:49+0400
parlament seçkiləri
azərbaycan xəbərləri
qazaxıstan
müşahidəçi
siyasi partiya
işğaldan azad edilmiş ərazilər
azərbaycan
milli məclis
jurnalist
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462449957_0:156:3000:1844_1920x0_80_0_0_5eda0b8fd3860a0a64927955227c14de.jpg
BAKI, 28 avqust — Sputnik. "Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə çoxsaylı siyasi partiyanın iştirakı Azərbaycanda ədalətli və demokratik seçki mühitinin olduğunu təsdiq edən amildir. Namizədlər arasında təcrübəli siyasətçilərlə yanaşı, gənclərin də sayının kifayət qədər olması Azərbaycan cəmiyyətinin bütövlükdə seçkiyə diqqətindən qaynaqlanır. Təbii ki, bu da cəmiyyətin seçkinin şəffaflığına inamının göstəricisidir". Bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Qazaxıstan Jurnalistlər Birliyinin üzvü Nasixa Qumarkızı deyib. Qazaxıstanlı jurnalist bildirib ki, Azərbaycanda keçiriləcək seçkilərdə dünyanın hər yerindən beynəlxalq müşahidəçilərin iştirak etməsi beynəlxalq diqqətin göstəricisidir:"Hesab edirəm ki, sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ədalətli və demokratik ənənələrə uyğun keçiriləcək". N.Qumarkızı Azərbaycanda baş verən hadisələri yaxından izlədiyini deyib:Qazaxıstanlı jurnalist qeyd edib ki, budəfəki seçkilər Azərbaycan parlamentinin fəaliyyətində yeni dövrün başlanğıcı olacaq. Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq. Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462449957_167:0:2834:2000_1920x0_80_0_0_f961319fc21e957d7ae1ca0005fa0d4d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
parlament seçkiləri, qazaxıstan, müşahidəçi, siyasi partiya, işğaldan azad edilmiş ərazilər, azərbaycan, milli məclis, jurnalist
parlament seçkiləri, qazaxıstan, müşahidəçi, siyasi partiya, işğaldan azad edilmiş ərazilər, azərbaycan, milli məclis, jurnalist
Parlament seçkiləri demokratik ənənələrə uyğun keçiriləcək - Qazaxıstanlı jurnalist
Qazaxıstanlı jurnalist qeyd edib ki, budəfəki seçkilər Azərbaycan parlamentinin fəaliyyətində yeni dövrün başlanğıcı olacaq.
BAKI, 28 avqust — Sputnik. "Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə çoxsaylı siyasi partiyanın iştirakı Azərbaycanda ədalətli və demokratik seçki mühitinin olduğunu təsdiq edən amildir. Namizədlər arasında təcrübəli siyasətçilərlə yanaşı, gənclərin də sayının kifayət qədər olması Azərbaycan cəmiyyətinin bütövlükdə seçkiyə diqqətindən qaynaqlanır. Təbii ki, bu da cəmiyyətin seçkinin şəffaflığına inamının göstəricisidir".
Bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Qazaxıstan Jurnalistlər Birliyinin üzvü Nasixa Qumarkızı deyib.
Qazaxıstanlı jurnalist bildirib ki, Azərbaycanda keçiriləcək seçkilərdə dünyanın hər yerindən beynəlxalq müşahidəçilərin iştirak etməsi beynəlxalq diqqətin göstəricisidir:
"Hesab edirəm ki, sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ədalətli və demokratik ənənələrə uyğun keçiriləcək".
N.Qumarkızı Azərbaycanda baş verən hadisələri yaxından izlədiyini deyib:
"Azərbaycan qardaş ölkədir. Qarabağ, Şuşa, Xocalı mənə doğmadır. 30 illik işğala son qoyulmasına görə indi Azərbaycan xalqı ilə birlikdə sevinirəm. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra yeni tarixi dövrə qədəm qoydu. İndi Qarabağı qurmaq, inkişaf etdirmək, azad edilmiş ərazilərdə şəhərlərin, rayonların, kəndlərin salınması prioritet hədəfdir. Bu baxımdan, Milli Məclisə seçkilərdə səsvermə prosesinin ilk dəfə azad olunmuş ərazilərdə də keçirilməsi, bu ərazilərə seçki hüququnun qaytarılması vacibdir. Azad olunmuş ərazilərdə seçki məntəqələri yenidən açılacaq və evlərinə qayıdan insanlar öz doğma yurdlarında səsvermə hüququndan sərbəst şəkildə istifadə edərək, öz təmsilçilərini qanunverici orqana göndərəcəklər".
Qazaxıstanlı jurnalist qeyd edib ki, budəfəki seçkilər Azərbaycan parlamentinin fəaliyyətində yeni dövrün başlanğıcı olacaq.
Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.