DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Özbəkistanda qeyri-qanuni odlu olmayan silahı könüllü təslim edənlər cəzalandırılmayacaq

© Sputnik / Актан Темирканов / Mediabanka keçidÖzbəkistanda polis əməkdaşı, arxiv
Özbəkistanda polis əməkdaşı, arxiv - Sputnik Azərbaycan, 1920, 28.08.2024
Abunə olmaq
Dövlət başçısı Özbəkistanın inzibati məsuliyyət məcəlləsinə düzəlişlər edilməsi haqqında qanun imzalayıb.
BAKI, 28 avqust — Sputnik. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qeyri-qanuni odlu olmayan silahları könüllü təhvil vermiş şəxslərin inzibati məsuliyyətdən azad edilməsini nəzərdə tutan qanunvericiliyə dəyişiklikləri imzalayıb. Bu barədə Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı Özbəkistanın inzibati məsuliyyət məcəlləsinə düzəlişlər edilməsi haqqında qanun imzalayıb.

"Qanuna əsasən, şəxs qanunsuz saxladığı pnevmatik, tiyə, atıcı və özünümüdafiə silahlarını könüllü təhvil verdikdə inzibati məsuliyyətdən azad ediləcək", - Özbəkistan Ədliyyə Nazirliyinin "Telegram" kanalında qeyd edilib.

Nazirlik əlavə edib ki, əvvəllər bu norma mövcud deyildi, qanun isə rəsmi dərc edildiyi gündən qüvvəyə minəcək.
Qanuna görə, müəyyən edilmiş qaydanı pozmaqla odlu olmayan silahdan istifadə edən vətəndaşlar üçün 5-dən 10-a qədər baza hesablama vahidi miqdarında, qeyri-qanuni alış-satışa görə 15-30 baza hesablama vahidi miqdarında, vəzifəli şəxslər üçün isə 15 günə qədər həbs nəzərdə tutulur.
Özbəkistanda "Silah haqqında" qanun 2020-ci ilin yanvarında qüvvəyə minib. Bu qanun ölkə vətəndaşlarına yalnız ov üçün bir əldə üç ədədə qədər yivli silah almağa imkan verir. Qanuna əsasən, ölkə vətəndaşlarına odlu silahla yanaşı, pnevmatik, qaz, tiyə, atıcı silahlar və elektrik cərəyanı vuran cihazlara sahib olmaq icazəsi verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0