https://sputnik.az/20240828/mdb-nin-bas-katibi-ticaretde-maneelerin-aradan-qaldirilmasi-muhum-meseledir-466942559.html
MDB-nin Baş katibi: Ticarətdə maneələrin aradan qaldırılması mühüm məsələdir
MDB-nin Baş katibi: Ticarətdə maneələrin aradan qaldırılması mühüm məsələdir
Sputnik Azərbaycan
Sergey Lebedev bildirib ki, MDB Hökumət Başçıları Şurasının iclasının gündəliyinə 20 sənəd daxildir. Onların hamısı, ilk növbədə, iqtisadi sahədə qarşılıqlı... 28.08.2024, Sputnik Azərbaycan
2024-08-28T08:43+0400
2024-08-28T08:43+0400
2024-08-28T08:43+0400
sergey lebedev
dünya xəbərləri
mdb
belarus
https://cdnn1.img.sputnik.az/img/07e8/02/08/462491940_0:156:3000:1844_1920x0_80_0_0_5bbd40f7b891359f1ab802c8876a70ae.jpg
BAKI, 28 avqust — Sputnik. MDB-nin Baş katibi Sergey Lebedev MDB Hökumət Başçıları Şurasının bu il noyabrın 7-8-də keçirilməsi nəzərdə tutulan iclasının gündəliyini açıqlayıb. "BELTA" xəbər verir ki, Sergey Lebedev MDB-yə üzv dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclasının keçirildiyi Minskdə jurnalistlərlə söhbətində deyib: "MDB Hökumət Başçıları Şurasının iclasının gündəliyinə 20 sənəd daxildir. Onların hamısı, ilk növbədə, iqtisadi sahədə qarşılıqlı fəaliyyətə aiddir. İki məsələ nəqliyyat sahəsində əlaqələrə, biri mülki gəmiqayırma sahəsində əməkdaşlığa həsr olunub. Bundan başqa, onların bir neçəsi humanitar əməkdaşlığa həsr olunub, həmçinin 10-a yaxın məsələ maliyyə xarakterlidir, yəni MDB çərçivəsində müxtəlif fəaliyyət növlərinin maliyyələşdirilməsi ilə bağlıdır". Baş katib qeyd edib ki, Hökumət Başçıları Şurasının iclasında mühüm məsələlərdən biri də qarşılıqlı ticarətdə maneələrin aradan qaldırılması olacaq. Onun sözlərinə görə, iclasa hazırlıq işləri planlı və məzmunlu şəkildə davam edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/08/462491940_167:0:2834:2000_1920x0_80_0_0_626ac46fa8097448ac893c51abf6d2d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lebedev, mdb, belarus
sergey lebedev, mdb, belarus
MDB-nin Baş katibi: Ticarətdə maneələrin aradan qaldırılması mühüm məsələdir
Sergey Lebedev bildirib ki, MDB Hökumət Başçıları Şurasının iclasının gündəliyinə 20 sənəd daxildir. Onların hamısı, ilk növbədə, iqtisadi sahədə qarşılıqlı fəaliyyətə aiddir.
BAKI, 28 avqust — Sputnik. MDB-nin Baş katibi Sergey Lebedev MDB Hökumət Başçıları Şurasının bu il noyabrın 7-8-də keçirilməsi nəzərdə tutulan iclasının gündəliyini açıqlayıb.
"BELTA" xəbər verir ki, Sergey Lebedev MDB-yə üzv dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclasının keçirildiyi Minskdə jurnalistlərlə söhbətində deyib:
"MDB Hökumət Başçıları Şurasının iclasının gündəliyinə 20 sənəd daxildir. Onların hamısı, ilk növbədə, iqtisadi sahədə qarşılıqlı fəaliyyətə aiddir. İki məsələ nəqliyyat sahəsində əlaqələrə, biri mülki gəmiqayırma sahəsində əməkdaşlığa həsr olunub. Bundan başqa, onların bir neçəsi humanitar əməkdaşlığa həsr olunub, həmçinin 10-a yaxın məsələ maliyyə xarakterlidir, yəni MDB çərçivəsində müxtəlif fəaliyyət növlərinin maliyyələşdirilməsi ilə bağlıdır".
Baş katib qeyd edib ki, Hökumət Başçıları Şurasının iclasında mühüm məsələlərdən biri də qarşılıqlı ticarətdə maneələrin aradan qaldırılması olacaq. Onun sözlərinə görə, iclasa hazırlıq işləri planlı və məzmunlu şəkildə davam edir.