Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

İki ölkənin müttəfiqliyi Cənubi Qafqaz və Mərkəzi Asiyada inteqrasiyaya tövhə verəcək

Abunə olmaq
Ekspert Azərbaycanla Özbəkistan arasında enerji sahəsində əməkdaşlığıln çox böyük potensialı olduğunu da deyib.
BAKI, 28 avqust - Sputnik. "Bu, tarixi bir səfər idi və Özbəkistanla Azərbaycan arasında müttəfiqlik haqqında çox mühüm müqavilə bağlandı. Ümumiyyətlə, Prezident İlham Əliyevin Özbəkistana son iki ildə beş dəfə səfər etməsi əlaqələrimizin yüksək səviyyədə olan göstəricisindən xəbər verir".
Bunu sözügedən səfərin nəticələrinə və Azərbayca-Özbəkistan qarşılıqlı əlaqələrinə həsr olunmuş Bakı-Daşkənd-Moskva videokörpüsü zamanı Stem analitik mərkəzinin tesiscisi Orxan Yolçuyev deyib.
Onun sözlərinə görə, müttəfiqlik haqqında müqavilə hazırda əməkdaşlığı daha dinamik və aktiv inkişaf etdirməyə yönəlmiş birgə səyləri və üçüncü ölkələrlə əməkdaşlığı da özündə ehtiva edir.
"Bilirsiniz ki, son zamanlar Azərbaycan və Özbəkistan birlikdə Əfqanıstanda müəyyən iş birliyinin qurulması üçün əməkdaşlığa çalışırlar. Bununla bağlı Azərbaycan Özbəkistan və Əfqanıstan hökumətləri arasında müqavilə də imzalanıb. Bu müttəfiqlik eyni zamanda Cənubi Qafqaz və Mərkəzi Asiya ilə inteqrasiya proseslərinə də tövhə verəcək və dinamikanı qaldıracaq. Azərbaycanın ümumiyyətlə xarici siyasətinin prioritetlərindən biri Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqdır. Bu ölkələrin arasında Qazaxıstanla artıq müttəfiqlik haqqında müqaviləmiz var. Bizim hazırda münasibətlərimiz dərin strateji partnyorluq səviyyəsindədir. Bu tendensiya davam edəcək", - analitik deyib.
Ekspert həmçinin bildirib ki, Özbəkistanda çox mühüm sənədlər imzalandı, çox mühüm məsələlər həll olunub:

"Eyni zmanda 400-dək biznes nümayəndəsinin iştirakı ilə Forum keçirildi və orada 20-dək istiqamət üzrə əlaqələrin inkişafına qərar verildi. Bununla da iqtisadiyatın müxtəlif sektorlarında daha dərin əlaqələrə töhvə veriləcək. Bilirsizniz ki, ölkələrəmiz arasında 500 milyon dollar civarında investisiya fondu yaradılıb və qərara alınıb ki, bu, ölkələrimiz arasında 15 layihə üzrə istifadə olunacaq. Bura Özbəkistanda 5 ulduzlu hotelin tikintisi, Azərbaycanda 2 tekstil klasterin tikintisi və Xankənddə tekstil fabrikinin tikitisi, həmçinin Beyləqan və Yevlaxda da tekstil klasterin tikintisi, Füzulidə Azərbaycan-Özbəkistan dostluq parkının salınması, eyni zamanda Azərbaycanın da Daşkənddə gips-karton zavodunun tikitisi nəzərdə tutulur. Bundan əlavə, ölkələrimiz arasında aviareyslərin artması da müzakirə mövzusu olub. Bu turizmin inkişafına gətitib çıxaracaq. Azərbaycanın Daşkənddən başqa Səmərqəndlə də son bir ildə aviareysləri artıq reallaşıb".

Ekspert həmçinin enerji sahəsində əməkdaşlığıln çox böyük potensialı olduğunu da deyib:
“Özbəkneftqaz” şirkəti və SOCAR şirkəti arasında Azərbaycan neft kimya məhsullarını eyni zamanda Özbəkistana satışı ilə bağlı müzakirələr oldu. Eyni zamanda bizim SOCAR şirkəti Özbəkistan ərazisində müəyyən bir geoloji kəşfiyyatlar işləri də apara bilər. Bundan başqa Özbəkistanın öz elektrik enerjisinin Avropaya satışı ilə bağlı Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında anlaşma memorandumu var və bu faktiki olaraq yaşıl enerjinin inkişafı ilə bağlıdır. 3 ölkə faktiki olaraq öz enerji sistemlərini birləşdiriblər və birgə əməkdaşlıq edəcəklər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0