https://sputnik.az/20240828/kelbecerde-dag-kecilerinin-vurulmasi-ile-bagli-arasdirmalara-baslandi-466950630.html
Kəlbəcərdə dağ keçilərinin vurulması ilə bağlı araşdırmalara başlandı
Kəlbəcərdə dağ keçilərinin vurulması ilə bağlı araşdırmalara başlandı
Sputnik Azərbaycan
Yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Kəlbəcər rayon Polis şöbəsinin... 28.08.2024, Sputnik Azərbaycan
2024-08-28T11:27+0400
2024-08-28T11:27+0400
2024-08-28T11:27+0400
kəlbəcər
hadisə
dağ
keçi
azərbaycan
ov
"qırmızı kitab"
https://cdnn1.img.sputnik.az/img/41798/60/417986021_0:0:3072:1728_1920x0_80_0_0_9ca326ddff070d15dde78cf238bd8ec8.jpg
BAKI, 28 avqust — Sputnik. Kəlbəcər rayonunda dağ keçilərinin vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Kəlbəcər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılır.Sputnik Azərbaycan-ın məlumatına görə bunu jurnalistlərə açıqlamasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib. Qeyd edək ki, Laçın rayonu ərazisində Azərbaycan florasının nadir heyvanlarından sayılan Bezoar növ dağ keçisi görünüb. Şiş buynuzları və iri gövdəsi ilə seçilən dağ keçisi Laçın florasının incilərindəndir.Bezoar keçisi “Qırmızı kitaba” daxil edilib. Hazırda respublika üzrə bu heyvanların sayı XX əsrin ortaları ilə müqayisədə daha aşağıdır. Onların sayı 800 - 1200 başa qədərdir.Xatırladaq ki, ən son ötən il Naxçıvan Muxtar Respublikasında qanunsuz dağ keçisi ovu halı aşkar olunub. Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çalxanqala kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri V.Ağaməmmədov, O.Xudaquliyev, Ş.Ağaməmmədov və A.Ağaməmmədov saxlanılıb. Onlardan qanunsuz saxlanılan “İJ-18”, “Cifsa” və “TOZ-63” markalı 4 ov tüfəngi götürülüb. V.Ağaməmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan ovladıqları 1 ədəd dağ keçisi, 4 ədəd patron və 1 ədəd patron qatarı aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41798/60/417986021_224:0:2955:2048_1920x0_80_0_0_6e9faa139ed192e4d04469be8c5e113e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kəlbəcər, dağ, keçi, azərbaycan, ov, "qırmızı kitab"
kəlbəcər, dağ, keçi, azərbaycan, ov, "qırmızı kitab"
Kəlbəcərdə dağ keçilərinin vurulması ilə bağlı araşdırmalara başlandı
Yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Kəlbəcər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılır.
BAKI, 28 avqust — Sputnik. Kəlbəcər rayonunda dağ keçilərinin vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Kəlbəcər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılır.
Sputnik Azərbaycan-ın məlumatına görə bunu jurnalistlərə açıqlamasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.
Qeyd edək ki, Laçın rayonu ərazisində Azərbaycan florasının nadir heyvanlarından sayılan Bezoar növ dağ keçisi görünüb. Şiş buynuzları və iri gövdəsi ilə seçilən dağ keçisi Laçın florasının incilərindəndir.
Bezoar keçisi “Qırmızı kitaba” daxil edilib. Hazırda respublika üzrə bu heyvanların sayı XX əsrin ortaları ilə müqayisədə daha aşağıdır. Onların sayı 800 - 1200 başa qədərdir.
Xatırladaq ki, ən son ötən il Naxçıvan Muxtar Respublikasında qanunsuz dağ keçisi ovu halı aşkar olunub. Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çalxanqala kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri V.Ağaməmmədov, O.Xudaquliyev, Ş.Ağaməmmədov və A.Ağaməmmədov saxlanılıb. Onlardan qanunsuz saxlanılan “İJ-18”, “Cifsa” və “TOZ-63” markalı 4 ov tüfəngi götürülüb. V.Ağaməmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan ovladıqları 1 ədəd dağ keçisi, 4 ədəd patron və 1 ədəd patron qatarı aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.