https://sputnik.az/20240828/ekspert-seckiler-azerbaycanda-demokratiyanin-daha-da-guclenmesine-revac-verecek-466956143.html
Ekspert: Seçkilər Azərbaycanda demokratiyanın daha da güclənməsinə rəvac verəcək
Ekspert: Seçkilər Azərbaycanda demokratiyanın daha da güclənməsinə rəvac verəcək
Sputnik Azərbaycan
Z.Bacva bildirib ki, dövləti və xalqı idarə etmək üçün öz nümayəndələrini seçən hər bir ölkənin demokratik inkişafı baxımından seçkilər çox vacibdir. Bu... 28.08.2024, Sputnik Azərbaycan
2024-08-28T15:31+0400
2024-08-28T15:31+0400
2024-08-28T15:31+0400
seçkilər
siyasət
cop29
parlament
pakistan
müşahidəçi
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462473583_0:156:3000:1844_1920x0_80_0_0_4bdd9f2f8f7a1cd08cfde8e3610d212c.jpg
BAKI, 28 avqust — Sputnik. "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsinə iki ay qalmış ev sahibi olan Azərbaycanda parlament seçkilərinin təşkili ölkədəki mövcud demokratiya ilə bağlı dünya ictimaiyyətində müsbət rəy formalaşdıracaq. Düşünürəm ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri ölkədə demokratiyanın daha da güclənməsinə rəvac verəcək". Bu sözləri pakistanlı ekspert, "YFK" beyin mərkəzinin icraçı direktoru Zaman Bacva deyib. Z.Bacva bildirib ki, dövləti və xalqı idarə etmək üçün öz nümayəndələrini seçən hər bir ölkənin demokratik inkişafı baxımından seçkilər çox vacibdir. Bu, ölkədə demokratiyanın möhkəmlənməsi üçün çox müsbət addımdır. Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq. Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462473583_167:0:2834:2000_1920x0_80_0_0_3b0a1e074507170ad966b6924278cfa8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
seçkilər, cop29, parlament, pakistan, müşahidəçi
seçkilər, cop29, parlament, pakistan, müşahidəçi
Ekspert: Seçkilər Azərbaycanda demokratiyanın daha da güclənməsinə rəvac verəcək
Z.Bacva bildirib ki, dövləti və xalqı idarə etmək üçün öz nümayəndələrini seçən hər bir ölkənin demokratik inkişafı baxımından seçkilər çox vacibdir. Bu, ölkədə demokratiyanın möhkəmlənməsi üçün çox müsbət addımdır.
BAKI, 28 avqust — Sputnik. "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsinə iki ay qalmış ev sahibi olan Azərbaycanda parlament seçkilərinin təşkili ölkədəki mövcud demokratiya ilə bağlı dünya ictimaiyyətində müsbət rəy formalaşdıracaq. Düşünürəm ki, Azərbaycanda keçiriləcək parlament seçkiləri ölkədə demokratiyanın daha da güclənməsinə rəvac verəcək". Bu sözləri pakistanlı ekspert, "YFK" beyin mərkəzinin icraçı direktoru Zaman Bacva deyib.
Z.Bacva bildirib ki, dövləti və xalqı idarə etmək üçün öz nümayəndələrini seçən hər bir ölkənin demokratik inkişafı baxımından seçkilər çox vacibdir. Bu, ölkədə demokratiyanın möhkəmlənməsi üçün çox müsbət addımdır.
"Bu seçkilər həm də ona görə tarixidir ki, bu, Azərbaycanın bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçiriləcək ilk parlament seçkiləri olacaq. Vətəndaşlar doğma torpaqları işğaldan azad edildikdən sonra orada seçki prosesində iştirak edəcəklər. Bu, çox qürurvericidir. Azərbaycan Pakistanın qardaşı və strateji tərəfdaşıdır. Dost və qardaş olaraq Azərbaycan xalqına sentyabrın 1-nə təyin edilmiş Milli Məclisinə növbədənkənar parlament seçkilərində uğurlar arzulayırıq", - "YFK" beyin mərkəzinin icraçı direktoru vurğulayıb.
Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.