https://sputnik.az/20240828/daha-bal-tutan-barmaq-yalamir---qiymetler-niye-qalxib-video-466933637.html
Daha "bal tutan barmaq yalamır" - Qiymətlər niyə qalxıb? Video
Daha "bal tutan barmaq yalamır" - Qiymətlər niyə qalxıb? Video
Sputnik Azərbaycan
Elvin Bayramlı deyib ki, bir arı ailəsini daşınması arıçılara 25 manata başa gəlir. 28.08.2024, Sputnik Azərbaycan
2024-08-28T09:27+0400
2024-08-28T09:27+0400
2024-08-28T10:17+0400
bal
cəmiyyət
arı
arıçılıq məhsullar
arıçılıq
qafqaz
böyük qafqaz
yod
dövlət məşğulluq agentliyi
məşğulluq mərkəzi
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1b/466932684_0:370:960:910_1920x0_80_0_0_dbdc2cea36313d5766eab68325f28b86.jpg
BAKI, 28 avqust — Sputnik. Azərbaycanda balın qiyməti bahalaşıb. Bunu Sputnik Azərbaycan-a Azərbaycan Arıçılar Assosiasiyasının idarə heyətinin üzvü Elvin Bayramlı təsdiqləyib. Belə ki, ötən il 800 qram bankada balın qiyməti 30 manatdan başlayırdısa, bu il qiymətdə 5 manat bahalaşma var. E.Bayramlı bunun səbəbini yanacağın bahalaşması ilə izah edib. Deyib ki, arıçılar arı təsərrüfatlarını tez-tez bir yerdən digər yerə daşıyırlar. Daşınma xərclərinin artması arıçıların da xərclərini artırıb. Bu da qiymətə təsir göstərib. Bir arı ailəsinin daşınması 25 manata başa gəlir: "Balın qiymətinin artmasının əsas səbəbi yanacağın bahalaşmasıdır. Əvvəl arı yeşiklərini kamazlar 300 manata daşıyırdısa, bu il qiymət 100 manatadək bahalaşıb" - Assosiasiya səlahiyyətlisi bildirib. O, qiymətə son vaxtlar arıçılıq təsərrüfatlarında yayılan xəstəliklərin də təsir göstərdiyini vurğulayıb: "Arıların ölümü arıçılara maddi ziyan vurur. Son illər xəstəliklər kütləvi hal alır. Buna da əsas səbəb Dövlət Məşğulluq Xidmətinin özünüməşğulluq proqramı çərçivəsində arı təsərrüfatları yaratmağa dəstək göstərməsidir. Ömür boyu arı saxlamayan adamlara arı ailələri veriləndə onlar arıya qulluq edə bilmirlər. Qeyri-peşəkar arıçıların sayının artması digər arı təsərrüfatları üçün təhlükədir. Onlar beləcə qonşu arı təsərrüfatlarına xəstəlik yayırlar". E.Bayramlı son vaxtlar arıçılıq təsərrüfatlarında gənə xəstəliyinin yayıldığını söyləyib. Bildirib ki, bu xəstəliklə mübarizə aparmaq çətindir, 20 arı ailəsinin ölümü arıçıya 4 min manat itkiyə başa gəlir. O, əvvəlki illərlə müqayisədə bal istehsalının da azaldığını söyləyib: "Düzdür, ötən illə müqayisədə bu il balda məhsuldarlıq artıb. Ötən il daha az məhsul olmuşdu. Amma ümumilikdə bal istehsalı əvvəlki illərlə müqayisədə azdır. Daşınma xərclərinin artması, risk və keyfiyyət qiymətlərə təsir göstərir". Qeyd edək ki, hazırda ölkədə istehsal olunan keyfiyyətli balın qiyməti 35 manatdan başlayır. Ölkəyə idxal oluna balın isə qiyməti ucuzdur. E. Bayramlı deyib ki, Azərbaycana idxal olunan balların çoxu saxta və keyfiyyətsizdir: "Ölkəmizə idxal olunan balın 99 faizi saxtadır. İrandan ölkəmizə gətirilən balların keyfiyyəti çox aşağıdır. İran ballarının 99 faizi saxtadır". İşğaldan azad edilmiş ərazilərdə istehsal olunan balın isə qiyməti 50 manatdan ucuz deyil. Çünki Laçın və Kəlbəcər balı ölkədə istehsal olunan ən keyfiyyətli ballardan sayılır. E.Bayramlının sözlərinə görə, Kəlbəcər və Laçın balı keyfiyyətinə görə çox fərqlənir. Bu ərazilərdə çiçəklərin tərkibində faydalı elementlər çoxdur. Odur ki, digər bölgələrdə istehsal olunan bala nisbətən daha baha satılır. Laçında bal istehsalı ilə məşğul olan Kamal Allahverdiyev də Sputnik Azərbaycan-a təsdiqləyib ki, balın qiymətinin bahalaşmasına daşınma xərclərinin artması təsir göstərib. "Mən martın 1-dən arının yerini 9 dəfə dəyişmişəm. Arıları saxladığım yerlə Laçındakı evimin arasında 110 km məsafə var. Mən hər gün arıların yanına gedib-gəlirəm. Çalışıram ki, arılar hər çiçəkdən şirə çəksinlər. Bu balın keyfiyyətinə təsir göstərir. Keyfiyyətli bal isə baha başa gəlir",-deyə arıçı bildirib. O, Dövlət Məşğulluq Xidmətinin sertifikat vermədən vətəndaşlara arı verməsinin isə arıçılıq təsərrüfatlarında xəstəlik yaydığını söyləyir. K. Allahverdiyev havanın temperaturunun da müəyyən xəstəliklərə səbəb olduğunu söyləyir. Onun sözlərinə görə, temperatur 15 dərəcədən yuxarı olmalıdır ki, gecə torpaqlara çiçəklərə daha çox şirə ifraz olunsun. K. Allahverdiyev deyib ki, nozema, çürümə kimi xəstəliklərin yayılmaıs arıların ölümünə səbəb olur. O, son illər arı təsərrüfatlarında məhsuldarlığın da azaldığını söyləyib. O ki qaldı işğaldan azad olunmuş ərazilərdə balın qiymətinin və keyfiyyətinin yüksək olmasına, K. Allahverdiyev bunun səbəbini belə izah edir. "Böyük Qafqazın suyunda yod yoxdur, amma kiçik Qafqazın suyunda yod var. Arılar min-bir çiçəkdən şirə çəkir. Mən çalışıram ki, arıları bütün xeyirli bitkilərin bitdiyi dağlarda gəzdirəm ki, balda hamısının ətri və dadı olsun",deyə həmsöhbətimiz bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1b/466932684_0:280:960:1000_1920x0_80_0_0_5ec30daee08273f2da70061e681d898d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bal, arı, arıçılıq məhsullar, arıçılıq, qafqaz, böyük qafqaz, yod, dövlət məşğulluq agentliyi, məşğulluq mərkəzi, laçın, kəlbəcər
bal, arı, arıçılıq məhsullar, arıçılıq, qafqaz, böyük qafqaz, yod, dövlət məşğulluq agentliyi, məşğulluq mərkəzi, laçın, kəlbəcər
Daha "bal tutan barmaq yalamır" - Qiymətlər niyə qalxıb? Video
09:27 28.08.2024 (Yenilənib: 10:17 28.08.2024) Elvin Bayramlı deyib ki, bir arı ailəsini daşınması arıçılara 25 manata başa gəlir.
BAKI, 28 avqust — Sputnik. Azərbaycanda balın qiyməti bahalaşıb. Bunu Sputnik Azərbaycan-a Azərbaycan Arıçılar Assosiasiyasının idarə heyətinin üzvü Elvin Bayramlı təsdiqləyib. Belə ki, ötən il 800 qram bankada balın qiyməti 30 manatdan başlayırdısa, bu il qiymətdə 5 manat bahalaşma var.
E.Bayramlı bunun səbəbini yanacağın bahalaşması ilə izah edib. Deyib ki, arıçılar arı təsərrüfatlarını tez-tez bir yerdən digər yerə daşıyırlar. Daşınma xərclərinin artması arıçıların da xərclərini artırıb. Bu da qiymətə təsir göstərib. Bir arı ailəsinin daşınması 25 manata başa gəlir:
"Balın qiymətinin artmasının əsas səbəbi yanacağın bahalaşmasıdır. Əvvəl arı yeşiklərini kamazlar 300 manata daşıyırdısa, bu il qiymət 100 manatadək bahalaşıb" - Assosiasiya səlahiyyətlisi bildirib.
O, qiymətə son vaxtlar arıçılıq təsərrüfatlarında yayılan xəstəliklərin də təsir göstərdiyini vurğulayıb:
"Arıların ölümü arıçılara maddi ziyan vurur. Son illər xəstəliklər kütləvi hal alır. Buna da əsas səbəb Dövlət Məşğulluq Xidmətinin özünüməşğulluq proqramı çərçivəsində arı təsərrüfatları yaratmağa dəstək göstərməsidir. Ömür boyu arı saxlamayan adamlara arı ailələri veriləndə onlar arıya qulluq edə bilmirlər. Qeyri-peşəkar arıçıların sayının artması digər arı təsərrüfatları üçün təhlükədir. Onlar beləcə qonşu arı təsərrüfatlarına xəstəlik yayırlar".
E.Bayramlı son vaxtlar arıçılıq təsərrüfatlarında gənə xəstəliyinin yayıldığını söyləyib. Bildirib ki, bu xəstəliklə mübarizə aparmaq çətindir, 20 arı ailəsinin ölümü arıçıya 4 min manat itkiyə başa gəlir.
O, əvvəlki illərlə müqayisədə bal istehsalının da azaldığını söyləyib:
"Düzdür, ötən illə müqayisədə bu il balda məhsuldarlıq artıb. Ötən il daha az məhsul olmuşdu. Amma ümumilikdə bal istehsalı əvvəlki illərlə müqayisədə azdır. Daşınma xərclərinin artması, risk və keyfiyyət qiymətlərə təsir göstərir".
Qeyd edək ki, hazırda ölkədə istehsal olunan keyfiyyətli balın qiyməti 35 manatdan başlayır. Ölkəyə idxal oluna balın isə qiyməti ucuzdur. E. Bayramlı deyib ki, Azərbaycana idxal olunan balların çoxu saxta və keyfiyyətsizdir:
"Ölkəmizə idxal olunan balın 99 faizi saxtadır. İrandan ölkəmizə gətirilən balların keyfiyyəti çox aşağıdır. İran ballarının 99 faizi saxtadır".
İşğaldan azad edilmiş ərazilərdə istehsal olunan balın isə qiyməti 50 manatdan ucuz deyil. Çünki Laçın və Kəlbəcər balı ölkədə istehsal olunan ən keyfiyyətli ballardan sayılır. E.Bayramlının sözlərinə görə, Kəlbəcər və Laçın balı keyfiyyətinə görə çox fərqlənir. Bu ərazilərdə çiçəklərin tərkibində faydalı elementlər çoxdur. Odur ki, digər bölgələrdə istehsal olunan bala nisbətən daha baha satılır.
Laçında bal istehsalı ilə məşğul olan Kamal Allahverdiyev də Sputnik Azərbaycan-a təsdiqləyib ki, balın qiymətinin bahalaşmasına daşınma xərclərinin artması təsir göstərib.
"Mən martın 1-dən arının yerini 9 dəfə dəyişmişəm. Arıları saxladığım yerlə Laçındakı evimin arasında 110 km məsafə var. Mən hər gün arıların yanına gedib-gəlirəm. Çalışıram ki, arılar hər çiçəkdən şirə çəksinlər. Bu balın keyfiyyətinə təsir göstərir. Keyfiyyətli bal isə baha başa gəlir",-deyə arıçı bildirib.
O, Dövlət Məşğulluq Xidmətinin sertifikat vermədən vətəndaşlara arı verməsinin isə arıçılıq təsərrüfatlarında xəstəlik yaydığını söyləyir. K. Allahverdiyev havanın temperaturunun da müəyyən xəstəliklərə səbəb olduğunu söyləyir. Onun sözlərinə görə, temperatur 15 dərəcədən yuxarı olmalıdır ki, gecə torpaqlara çiçəklərə daha çox şirə ifraz olunsun.
K. Allahverdiyev deyib ki, nozema, çürümə kimi xəstəliklərin yayılmaıs arıların ölümünə səbəb olur. O, son illər arı təsərrüfatlarında məhsuldarlığın da azaldığını söyləyib. O ki qaldı işğaldan azad olunmuş ərazilərdə balın qiymətinin və keyfiyyətinin yüksək olmasına, K. Allahverdiyev bunun səbəbini belə izah edir.
"Böyük Qafqazın suyunda yod yoxdur, amma kiçik Qafqazın suyunda yod var. Arılar min-bir çiçəkdən şirə çəkir. Mən çalışıram ki, arıları bütün xeyirli bitkilərin bitdiyi dağlarda gəzdirəm ki, balda hamısının ətri və dadı olsun",deyə həmsöhbətimiz bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.