CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanla bu ölkə arasında sadələşdirilmiş viza rejimi tətbiq olunacaq

© Sputnik / Murad OrujovPasport, arxiv
Pasport, arxiv - Sputnik Azərbaycan, 1920, 28.08.2024
Abunə olmaq
Eynilə, Mərakeş vətəndaşları da Azərbaycana səfər etdikləri zaman vizasız imtiyazlardan yararlanacaqlar.
BAKI, 28 avqust — Sputnik. Bu gündən MərakeşAzərbaycan arasında vizadan azad edilməsi haqqında sazişi rəsmi olaraq qüvvəyə minir.
Sputnik Azərbaycan xəbər verir ki, bu gündən Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Mərakeşə 90 günə qədər qalma müddəti ilə vizasız gedə biləcəklər.
Eynilə, Mərakeş vətəndaşları da Azərbaycana səfər etdikləri zaman vizasız imtiyazlardan yararlanacaqlar.
Xatırladaq ki, bu ilin mayında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita ilə görüşüb.
Görüş zamanı nazirlər iki ölkə arasında ümumvətəndaş passportları sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə sazişi imzalayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0