https://sputnik.az/20240828/azerbaycanin-su-resurslari-esrin-sonuna-40-50--azala-biler-466959089.html
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Sputnik Azərbaycan
ETSN rəsmisi hesab edir ki, erkən xəbərdarlıq sisteminin tətbiqi həm su ehtiyatları ilə bağlı, həm digər sahələrdə ciddi yaxşılaşmalara, inkişafa kömək edəcək. 28.08.2024, Sputnik Azərbaycan
2024-08-28T22:29+0400
2024-08-28T22:29+0400
2024-08-28T22:29+0400
su
iqtisadiyyat
azərbaycan
ehtiyat
azalma
etsn
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0e/427214059_0:0:2201:1238_1920x0_80_0_0_974cf726193e8697940c218d50c8fefc.jpg
BAKI, 28 avqust — Sputnik. İqlimə dair Paris razılaşmasına əməl edilməsə və temperatur 4-5 dərəcə artsa, Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev "Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri" mövzusunda keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, ancaq bu razılaşmaya əməl edilərsə, bu gösəricinin 20-25 % çivarında olacağı gözlənilir:R.Verdiyev hesab edir ki, erkən xəbərdarlıq sisteminin tətbiqi həm su ehtiyatları ilə bağlı, həm digər sahələrdə ciddi yaxşılaşmalara, inkişafa kömək edəcək:"Bu həm də qurumlara öz sahələrində su ilə bağlı hər hansısa hadisələrin azaldılmasına imkan verəcək". O xatırladıb ki, ötən il "Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında Situasiya Mərkəzi fəaliyyətə başlayıb ki, bu da, erkən xəbərdarlıq sisteminin yaradılması layihəsi çərçivəsində atılan ilkin addımdır:"Bu yaxınlarda Yaşıl İqlim Fondu nazirliyin erkən xəbərdarlıq sistemi ilə bağlı layihəyə 30 milyon ABŞ dolları maliyyələşmənin ayrılması ilə bağlı baxış mərhələsini sona çatdırıb. Artıq layihə təsdiq üçün təqdim edilib".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0e/427214059_274:0:1925:1238_1920x0_80_0_0_05e14eb339f1c84b7b1c344baa0d7a64.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
su, azərbaycan, ehtiyat, azalma, etsn
su, azərbaycan, ehtiyat, azalma, etsn
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
ETSN rəsmisi hesab edir ki, erkən xəbərdarlıq sisteminin tətbiqi həm su ehtiyatları ilə bağlı, həm digər sahələrdə ciddi yaxşılaşmalara, inkişafa kömək edəcək.
BAKI, 28 avqust — Sputnik. İqlimə dair Paris razılaşmasına əməl edilməsə və temperatur 4-5 dərəcə artsa, Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev "Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, ancaq bu razılaşmaya əməl edilərsə, bu gösəricinin 20-25 % çivarında olacağı gözlənilir:
"Buna baxmayaraq biz bu gündən hazır olmalıyıq ki, gələcəkdə bu problemlərlə üzləşməyək. Bəzən quraqlıq illərdə illik normanın 40-50 %-i qədər su olur və bu kəskin su qıtlığına səbəb olur. Bu səbəbdən də indidən infrastrukturumuzu hazır eləməliyik".
R.Verdiyev hesab edir ki, erkən xəbərdarlıq sisteminin tətbiqi həm su ehtiyatları ilə bağlı, həm digər sahələrdə ciddi yaxşılaşmalara, inkişafa kömək edəcək:
"Bu həm də qurumlara öz sahələrində su ilə bağlı hər hansısa hadisələrin azaldılmasına imkan verəcək".
O xatırladıb ki, ötən il "Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında Situasiya Mərkəzi fəaliyyətə başlayıb ki, bu da, erkən xəbərdarlıq sisteminin yaradılması layihəsi çərçivəsində atılan ilkin addımdır:
"Bu yaxınlarda Yaşıl İqlim Fondu nazirliyin erkən xəbərdarlıq sistemi ilə bağlı layihəyə 30 milyon ABŞ dolları maliyyələşmənin ayrılması ilə bağlı baxış mərhələsini sona çatdırıb. Artıq layihə təsdiq üçün təqdim edilib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.