https://sputnik.az/20240828/amerikali-diplomat-efqanistandan-cixarilan-herbi-texnikanin-taleyine-aydinliq-getirdi-466952745.html
Amerikalı diplomat Əfqanıstandan çıxarılan hərbi texnikanın taleyinə aydınlıq gətirdi
Amerikalı diplomat Əfqanıstandan çıxarılan hərbi texnikanın taleyinə aydınlıq gətirdi
Sputnik Azərbaycan
Kun.uz internet nəşrinə təyyarələrin və helikopterlərin Özbəkistana gedib-getməyəcəyi ilə bağlı sualı cavablandıran Henik, təyyarənin Özbəkistanda qalacağına... 28.08.2024, Sputnik Azərbaycan
2024-08-28T12:23+0400
2024-08-28T12:23+0400
2024-08-28T12:23+0400
əfqanıstan
dünya xəbərləri
abş
təyyarə
taliban
əfqanıstan islam respublikası
hava limanı
kabil
daşkənd
səfir
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433660446_0:0:2820:1586_1920x0_80_0_0_df9bc6793cb40990c558ddf689924af5.jpg
BAKI, 28 avqust — Sputnik. Əfqanıstandan Özbəkistana uçan hərbi təyyarə ilə bağlı qərar artıq rəsmi olaraq qəbul edilib, bu texnika Özbəkistan ərazisində qalacaq. Bunu ABŞ-ın Daşkənddəki səfiri Conatan Henik məlumat verib. 2022-ci ildə media ABŞ-ın Əfqanıstanda terrorçulara qarşı mübarizədə yardım müqabilində Özbəkistan və Tacikistana əlli hərbi təyyarə və helikopter ötürmək imkanını nəzərdən keçirdiyini yazıb. Söhbət 2021-ci ildə əfqan pilotların Talibandan (Taliban hərəkatı terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır) qaçmaq üçün qonşu ölkələrə qaçdığı ABŞ mənşəli texnikalardan gedir. İddia olunurdu ki, Taliban qonşularından ABŞ-ın devrilmiş Əfqanıstan hökumətinə tədarük etdiyi yüngül hücum təyyarələri və helikopterləri geri qaytarmağı tələb edir. Kun.uz internet nəşrinə təyyarələrin və helikopterlərin Özbəkistana gedib-getməyəcəyi ilə bağlı sualı cavablandıran Henik, təyyarənin Özbəkistanda qalacağına əmin olduğunu bildirib. Diplomatın sözlərinə görə, tərəflər artıq birgə proqram həyata keçirirlər. Özbəkistan rəsmiləri amerikalı diplomatın bu açıqlamalarına hələlik rəsmi münasibət bildirməyib. 2021-ci ilin avqust ayının əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumunu gücləndirib, avqustun 15-də Taliban Kabilə daxil olub və ertəsi gün müharibənin bitdiyini elan edib. Avqustun son iki həftəsi ərzində ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb ölkələrinin vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyəsi həyata keçirilib. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstanda təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433660446_312:0:2820:1881_1920x0_80_0_0_3eaeba5df2432b22c8f7afc33a84d984.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
əfqanıstan, abş, təyyarə, taliban, əfqanıstan islam respublikası, hava limanı, kabil, daşkənd, səfir, özbəkistan
əfqanıstan, abş, təyyarə, taliban, əfqanıstan islam respublikası, hava limanı, kabil, daşkənd, səfir, özbəkistan
Amerikalı diplomat Əfqanıstandan çıxarılan hərbi texnikanın taleyinə aydınlıq gətirdi
Kun.uz internet nəşrinə təyyarələrin və helikopterlərin Özbəkistana gedib-getməyəcəyi ilə bağlı sualı cavablandıran Henik, təyyarənin Özbəkistanda qalacağına əmin olduğunu bildirib.
BAKI, 28 avqust — Sputnik. Əfqanıstandan Özbəkistana uçan hərbi təyyarə ilə bağlı qərar artıq rəsmi olaraq qəbul edilib, bu texnika Özbəkistan ərazisində qalacaq. Bunu ABŞ-ın Daşkənddəki səfiri Conatan Henik məlumat verib.
2022-ci ildə media ABŞ-ın Əfqanıstanda terrorçulara qarşı mübarizədə yardım müqabilində Özbəkistan və Tacikistana əlli hərbi təyyarə və helikopter ötürmək imkanını nəzərdən keçirdiyini yazıb. Söhbət 2021-ci ildə əfqan pilotların Talibandan (Taliban hərəkatı terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır) qaçmaq üçün qonşu ölkələrə qaçdığı ABŞ mənşəli texnikalardan gedir. İddia olunurdu ki, Taliban qonşularından ABŞ-ın devrilmiş Əfqanıstan hökumətinə tədarük etdiyi yüngül hücum təyyarələri və helikopterləri geri qaytarmağı tələb edir.
Kun.uz internet nəşrinə təyyarələrin və helikopterlərin Özbəkistana gedib-getməyəcəyi ilə bağlı sualı cavablandıran Henik, təyyarənin Özbəkistanda qalacağına əmin olduğunu bildirib.
Diplomatın sözlərinə görə, tərəflər artıq birgə proqram həyata keçirirlər.
"Bu avadanlıq heç vaxt əfqanların olmayıb, ABŞ-ın olub. Onlar ondan istifadə ediblər, lakin biz həmişə onun sahibi olmuşuq", - Henik əlavə edib.
Özbəkistan rəsmiləri amerikalı diplomatın bu açıqlamalarına hələlik rəsmi münasibət bildirməyib.
2021-ci ilin avqust ayının əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumunu gücləndirib, avqustun 15-də Taliban Kabilə daxil olub və ertəsi gün müharibənin bitdiyini elan edib. Avqustun son iki həftəsi ərzində ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb ölkələrinin vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyəsi həyata keçirilib. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstanda təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.