Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ağciyər Xəstəlikləri Mərkəzi yaradılır

© AP Photo / David GoldmanAğciyər rentgeni, arxiv
Ağciyər rentgeni, arxiv - Sputnik Azərbaycan, 1920, 28.08.2024
Abunə olmaq
Ftiziatrik kabinetlər və vərəm şöbələri də müvafiq olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərəcək
BAKI, 28 avqust — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasının qərarına əsasən, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 3 nömrəli Vərəm Əleyhinə Dispanserin əmlak bazası əsasında "Ağciyər Xəstəlikləri Mərkəzi" publik hüquqi şəxs yaradılır. Spunik Azərbaycan xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, bu günədək Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1, 2, 3, 4, 5, 6 nömrəli Vərəm əleyhinə Dispanser, 1 və 2 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası, 1 nömrəli Uşaq Vərəm Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanasının strukturuna daxil olan Saray Modul tipli Vərəm Xəstəxanası Ağciyər Xəstəlikləri Mərkəzinin tərkibinə daxil ediləcək.
TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinin strukturuna daxil olan (50 rayon mərkəzi xəstəxanası) ftiziatrik kabinetlər və vərəm şöbələri də müvafiq olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0