DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Tayvanı silahlandırmağı dayandırmalıdır - XİN rəhbəri

© Sputnik / Press service of the Russian Foreign Ministry / Mediabanka keçidÇinin xarici işlər naziri Van İ
Çinin xarici işlər naziri Van İ - Sputnik Azərbaycan, 1920, 28.08.2024
Abunə olmaq
Tayvan ətrafında vəziyyət ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin 2022-ci il avqustun əvvəlində adaya səfərindən sonra xeyli pisləşib.
BAKI, 28 avqust — Sputnik. Vaşinqton Tayvana silah tədarükünü dayandırmalı və Çinin dinc yolla birləşməsini dəstəkləməlidir. Bunu Çinin xarici işlər naziri Van İ ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla danışıqlar zamanı bildirib.

"Birləşmiş Ştatlar Tayvanın müstəqilliyini dəstəkləməmək, vahid Çin prinsipinə və Çin-ABŞ kommünikesinə əməl etməli, Tayvanı silahlandırmağı dayandırmalı və Çinin dinc yolla birləşməsini dəstəkləməlidir", - Van İ deyib.

XİN rəhbəri, Tayvanın Çinə aid olduğunu və Çinin mütləq yenidən birləşdiriləcəyini vurğulayıb.
Onun sözlərinə görə, Tayvanın müstəqilliyi Tayvan boğazında sülh və sabitlik üçün ən böyük riskdir.
Pekin Tayvanı ÇXR-in ayrılmaz hissəsi hesab edir. Onun fikrincə, "vahid Çin" prinsipinə sadiqlik ÇXR ilə diplomatik əlaqələr qurmaq və ya saxlamaq istəyən digər dövlətlər üçün ilkin şərtdir.
Tayvan ətrafında vəziyyət ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin 2022-ci il avqustun əvvəlində adaya səfərindən sonra xeyli pisləşib. Adanı öz əyalətlərindən biri hesab edən Çin Pelosinin səfərini ABŞ-ın Tayvan separatizminə dəstəyi kimi pisləyib və genişmiqyaslı hərbi təlimlər keçirib.
ÇXR mərkəzi hökuməti ilə onun ada əyaləti arasında rəsmi əlaqələr 1949-cu ildə Çin Kommunist Partiyası ilə vətəndaş müharibəsində məğlub olan Çan Kayşin başçılıq etdiyi qüvvələrin Tayvana köçməsindən sonra kəsilib. Ada ilə əsas Çin arasında işgüzar və qeyri-rəsmi əlaqələr 1980-ci illərin sonlarında bərpa olunub. 1990-cı illərin əvvəllərindən etibarən tərəflər qeyri-hökumət təşkilatları - Tayvan Boğazı boyunca Əlaqələrin İnkişafı üzrə Pekin Assosiasiyası və Taypey Boğazlararası Mübadilə Fondu vasitəsilə əlaqə saxlamağa başlayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0